Niaqara Selalesi - Wikipedia
Niaqara şəlaləsi (ingiliscə: Niagara Falls, fransızca: les Chutes du Niagara) – Amerika Birləşmiş Ştatları və Kanada arasında şəlalə.
Niaqara şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | 51 m, 57 m |
Eni | 790 m |
Yerləşməsi | |
43°04′48″ şm. e. 79°04′16″ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəNiaqara şəlaləsi ingilis dilində Niagara falls adlanır. Niaqara çayı üzərində üç şəlalə yerləşir və Amerika ştatı olan Nyu – Yorku, Kanada əyaləti olan Ontariodan ayırır. Niaqara şəlaləsi "Nal" adlanır, ingilis dilində isə "Horseshoe Falls" kimi tərcüm edilir. Bəzi hallarda isə Kanada şəlaləsi (Canadian Falls), Amerikan şəlaləsi (American Falls) və "Duvaq" şəlaləsi (Bridal Veil Falls) kimi də qeyd edirlər. Lakin suyun töküldüyü hissə hündürdür, ancaq böyük deyil. Şəlalələr isə çox genişdir və Niaqara şəlaləsinin suyu buradan asanlıqla keçir. Həmçinin şəlalə Şimali Amerikada ən güclü hesab olunur.
Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Amerikan şəlaləsinin su tökülən hissəsini daş qalaqları əhatə etdiyinə görə hündürdür, lakin onun yüksəkliyi 21 metrdir. Amerikan şəlaləsinin enliliyi 323 metrdir, "Nal" şəlaləsinin enliliyi isə 792 metr hesablanmışdır. Tökülən suyun ümumi həcmi isə 5720 м³/san sayılır.
Buranın gözəlliyi dünyanın bütün yerlərindən çoxsaylı turistlərin axın etməsinə səbəb olur və şəhərin çiçəklənməsində mühüm yer tutur. Niaqara şəlaləsinin sahilində Nyu – York ştatı, ABŞ və Niaqara – Fols yerləşir. Həmçinin Kanadanın əyaləti sayılan Ontario da bura daxildir.
Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi isə Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınmışdır. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur.
Şəlalənin altında su elektrik stansiyası tikilmişdir və hazırda bura 4,4 GVatt gücündə elektrik enerjisi hasil edir.
Şəlalənin kökü Visko buzlaqlarında yerləşir və bura 6000 il bundan əvvəl qurtarmışdır. Amerikanın şimalı Böyük göllərdir və Niaqara çayıdır. Bunlar son illərdə baş verən buzlaşmanın əriməsi və böyük buzların şərqi Kanada ərazisində hərəkətə gəlməsi nəticəsində yaranmışdır. Buzlaqlar buldozer kimi hərəkət edir, qarşısına çıxan daşları və torpağı dağıdırdı. Onların yerindən tərpənməsi çayın və göllərin əmələ gəlməsinə səbəb oldu. Bir çox hissələrdə isə həmin buzlaqlar yeni çay yataqlarının yaranmasına gətirib çıxartdı. İrəli sürülən fərziyyələrə görə buzlaqların altında Kanala Velland rayonu həcmində cəsədlər olmuşdur. Qədim inanclar da bu fikri dəstəkləyir.
Buzlaq tam əridikdən sonra Böyük göllər ərazisindən yeni bir çay Niaqara axmağa başladı və əvvəlki yerdən axa bilmədiyinə görə özünə dəyişilmiş landşaftda yeni bir çay yatağı yaratdı. Bir müddət keçdikdən sonra Niaqara özündə Niaqara adlanan dərin xəndək yaratdı, bu şimal hissədən dağ eroziyasına bənzəyir və Eri ilə Ontario gölləri arasında mühüm yer tuturdu. Çayın bu prosesindən sonra qədim daşlar meydana gəldi və onların yaşı buzlaqlardan da böyük idi.
Niaqarada yaranan eroziyalar sonradan yenə müşahidə edilməyə başlandı və ensiz, uzanmış vəziyyətdə olan torpağın yuyulmasında mühüm rol oynadı. Aerokosmik şəkillər şəlalənin yuxarı hissəsində üç ədəd dağlıq zonanın olması, həmçinin vaxtı ilə baş verən hadisələr nəticəsində üç yüksəkliyin də divarlarının dərəyə bənzəməsini əks etdirmişdir. Bunun tərkibi çox bərk, möhkəm olan əhəngdaşı, dolomitdən ibarətdir. Onun düz qarşısında digər üç yamac yerləşir və onlar da erkən silur dövrünün nümunələri sayılır. Həmçinin çox zərif, yumşaq və yüngüldür. Tərkibi əsasən gildən olan lay – lay süxurdur, lakin burada topa – topa əhəng daşına da rast gəlmək mümkündür. Həmçinin bəzi hissələrində daşlaşma və bərkimə proseslərini də müşahidə etmək olar. Əgər bu qatlar asanlıqla ayrılırsa, deməli çay bu qatları ayıraraq şələni əmələ gətirmişdir.
Qalereya
redaktə-
Niaqara Şəlaləsi
-
Niaqara şəlalələrindən biri olan "Nal" şəlaləsi
-
Kanadadan şəlalənin görünüşü
-
Kanada sahilindən şəlalənin görünüşü
Həmçinin bax
redaktə
Xarici keçidlər
redaktə- "Official Website of Niagara Falls"
- "Niagara Falls at Thunder Alley"
- "Niagara Falls Views" Arxivləşdirilib 2007-02-28 at the Wayback Machine
- "Фотографии и история Ниагарских водопадов" Arxivləşdirilib 2010-02-08 at the Wayback Machine
- Discovery Channel Canada See a video about the change in windflow over the Falls.
- CBC Television Watch a news clip regarding the dispute over Niagara Falls mist.