Novruz Rizayev - Wikipedia
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929)[1], Bakı Şəhər Soveti sədrinin müavini.
Novruz Rizayev | |
---|---|
1933 – 1937 | |
Sədr | Levon Mirzoyan |
22 may 1927 – 1929 | |
Əvvəlki | Mircəfər Bağırov |
Sonrakı | Mircəfər Bağırov |
22 may 1927 – 10 iyul 1929 | |
Əvvəlki | Mircəfər Bağırov |
Sonrakı | Stepan Yemelyanov |
192? – 192? | |
Sədr | İvan Konuşkin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 və ya 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 1941 |
Dəfn yeri |
|
Uşağı |
Həyatı
redaktəNovruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb.
Siyasi fəaliyyəti
redaktə1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib.
Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi.
O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır.
Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Levon Mirzoyan dəvət etmişdir.
Həbsi və ölümü
redaktəNovruz Rizayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir.
1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili İşlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət almasına baxmayaraq, 1940-cı il yanvarın 5-də təkrar həbs olunmuş və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilmişdir. 1955-ci il mart ayının 19-da Novruz Rizayev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət almışdır.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — DİN-in tarixi". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Arxivlənmiş surət". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.