Nursultan Nazarbayev - Wikipedia
Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Nursultan Äbişulı Nazarbayev; 6 iyul 1940[1][2][…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). El başı (qaz. Елбасы) titulun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri.
Nursultan Nazarbayev | |
---|---|
qaz. Nursultan Nazarbayev | |
24 aprel 1990 – 20 mart 2019 | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Qasım-Comərd Tokayev |
22 fevral 1990 – 24 aprel 1990 | |
Əvvəlki | Kıylıbay Medeubekov |
Sonrakı | Yerik Asanbayev |
Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi | |
22 iyun 1989 – 28 avqust 1991 | |
Əvvəlki | Gennadi Kolbin |
22 mart 1984 – 27 iyul 1989 | |
Əvvəlki | Bəyken Əşimov |
Sonrakı | Uzakbay Qaramanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1940[1][2][…] (84 yaş) |
Doğum yeri |
|
Partiya |
Sovet İttifaqı Kommunist Partiyası Əmanət Partiyası |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Uşaqları |
Dariqa Nazarbayeva Dinara Qulibayeva Aliya Nazarbayeva |
Dini | sünni islam, ateizm |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Rütbəsi | ali baş komandan[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
akorda.kz | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNursultan Nazarbayev 6 iyul 1940-cı il tarixində Qazaxıstan Respublikasında doğulmuşdur.
1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.
24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının 1-ci Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91,15% səs toplayaraq təkrar prezident olmuşdur.
19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir:
Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstan Respublikasının 1-ci Prezidenti olmağa imkan verdi.[4] |
Ailəsi
redaktəEvlidir, üç qızı var.
Maraqları
redaktəTennis və xalq musiqisinə maraq göstərir.
Mükafatları
redaktə3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Nursultan Nazarbayev // The Fine Art Archive. 2003.
- ↑ 1 2 Nursultan Nasarbajew // Munzinger Personen (alm.).
- ↑ Kazachstán. Prezident (1991- : Nazarbajev) // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Nursultan Nazarbayev istefa verib". report.az. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2019.
- ↑ APA TV. "Nursultan Nazarbayevə "Heydər Əliyev" ordeni təqdim edilib" (az.). Youtube.com. 03.04.2017. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.