Oftalmologiya - Wikipedia
Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris")[1] — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsi.
Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkim.[2]
Tarixi
redaktəOftalmologiya qədim dövrlərdə yaranmışdır.[3] Eramızdan əvvəl II minilliyin ortalarında Misirdə yaşamış göz xəstəliklərini müalicə edən şəfaçılardan biri olan Peni Ank İrinin məzar daşı üzərində həkk olunmuş adı və təsviri bu günə qədər gəlib çatmışdır.[4]
Kornelius Sels (e.ə. I əsr) irisin, siliyer cismin, gözün ön və arxa kameraların mövcudluğunu müəyyən etmişdir. O, həmçinin korluğu 2 hissəyə bölmüşdü: geri dönməz — korluğa səbəb qlaukoma və geri dönən — korluğa səbəb katarakta olanda. Sels XVII-ci əsrin ortalarına qədər istifadə edilən kataraktın azaldılması texnikasını təkmilləşdirmişdir.
Ərəb əsilli həkim İbn əl-Heysəm (Əlhazen, eramızın X—XI əsrləri) Avropada eynəklərin ixtirasına və müasir görmə nəzəriyyələrinin yaranmasına böyük töhfə verən “Optika kitabı”nı yazmışdır. Əbu Əli ibn Sinanın (İbn Sina, eramızın X əsri) məşhur “Tibbi təbabət Kanonu” əsəri 500 ildən artıq müddət ərzində həm ərəb ölkələrində, həm də Avropada göz xəstəliklərinin əsas bələdçisi olmuşdur.[5]
XIX-cu əsrdə müasir oftalmologiyanın inkişafında mühüm rol oynamış ingilis cərrahı Corc Kritçet etdiyi oftalmoloji əməliyyatlar və nəşrləri ilə Avropada şöhrət qazanmışdır.[6]
Xəstəliklər
redaktəOftalmoloqların müalicə etdiyi ən çox yayılmış xəstəliklərin bəzilərinin qısa siyahısı:[7][8]
- Katarakta
- Həddindən artıq göz yaşının axması (göz yaşı kanalının tıxanması)
- Proptoz (qabarmış gözlər)
- Tiroid göz xəstəliyi
- Göz şişləri
- Ptoz
- Diabetik retinopatiya
- Quru göz sindromu
- Qlaukoma
- Makula degenerasiyası
- Retina dekolmanı
- Endoftalmit
- Refraksiya xətaları
- Çəpgözlük (gözlərin düzgün düzülməməsi və ya sapması)
- Göz travması
- Orbital sınığı
Alt ixtisaslar
redaktəOftalmologiyaya müəyyən xəstəliklər və ya gözün müəyyən hissələrinin xəstəlikləri ilə məşğul olan alt ixtisaslar daxildir. Onlardan bəziləri bunlardır:
- Ön seqment cərrahiyyəsi
- Göz qişası, səthi və xarici xəstəliklər
- Qlaukoma
- Neyro-oftalmologiya
- Göz onkologiyası
- Okuloplastika və orbit cərrahiyyəsi
- Oftalmik patologiya
- Uşaq oftalmologiyası / çəpgözlük (gözlərin düzgün düzülməməsi)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". July 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2022..
- ↑ "Ophthalmology". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
- ↑ "Возникновение офтальмологии можно отнести к каменному веку" (rus). 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-28.
- ↑ "История лечения глазных болезней — античность". okomed.ru. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-28.
- ↑ По материалам сайта Клиническая офтальмология Arxivləşdirilib 2014-04-27 at the Wayback Machine
- ↑ "The British Journal of Ophtalmology, August 1923. British masters of ophtalmology series — George Critchett" (PDF). 2022-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-03.
- ↑ WebMD. "What Causes Eye Problems?". WebMD. 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
- ↑ "EyeWiki". eyewiki.org. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.