Olqa Senyuk - Wikipedia
Olqa Senyuk - Wikipedia - Haqqında Məlumat
Olqa Senyuk (23 yanvar 1991, Kişinyov) — Azərbaycanı təmsil edən oxatan.[1]
Olqa Senyuk | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Olqa Senyuk |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Kişinyov, Moldova |
Boyu | 175 sm. |
İdman növü | Kamandan oxatma |
Karyerası
redaktəOlqa Senyuk 2016-cı ildə Birləşmiş Krallıqda baş tutan Avropa Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Olqa Senyuk Azərbaycanı Olimpiya Oyunlarında bu idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü.
Olqa Senyuk Rio-de-Janero Olimpiadasında avqustun 5-də təsnifat mərhələsində mübarizə apardı.[2] Həmin mərhələdə Olqa Senyuk 622 xal topladı və mərhələni 64 idmançı sırasında 37-ci pillədə başa vurdu.[2] Avqustun 8-də baş tutan 1/32 final mərhələsində isə Olqa Senyuk Çin nümayəndəsi Ço Huy ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Olqa Senyuk rəqibinə 1:7 hesabı ilə məğlub oldu və olimpiadanı 33-cü pillədə başa vurdu.[2]
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Olqa SENYUK". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 Olympedia.org. "2016 Summer Olympics / Archery / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.