Orta Paleolit - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir.
Bu dövr Mustye mədəniyyəti[a] adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar.[1]
Arxeoloqlarımız Qarabağda Tağlar,Zar,AzıxNaxçıvanda Qazma, Qazaxda Damcılı,Daşsalahlımağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar.[1]
Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri.
Orta Paleolit dövründə insan məskənləri çoxalmış və yeni insan tipi, yəni Neandertal insanı[b] yaranmışdır.[2] Onlar, əsasən ovçuluqla — Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıçılıqla) məşğul olmuşlar.[3]
Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür genişlənməyə başlamışdı.[4]
Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş–yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.[5]
Dövrün əsas xüsusiyyətləri
redaktə- Bu dövr Mustye mədəniyyəti dövrü adlandırırlar;
- Yeni insan tipi — Neandertal insanı yaranmışdır;
- Axirət dünyasına, ovsunlara (magiya) və təbiət qüvvələrinə inam yaranmışdır;
- Tədricən ibtidai insan sürüsü dağılmağa və qəbilə quruluşu yaranmağa başlamışdır.
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 15.
- ↑ Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, İlyas Babayev. Azərbaycan tarixi 6. Bakı: 2017. 2017. səh. 14.
- ↑ Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2012. 2012. səh. 15.
- ↑ Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 16.
- ↑ Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2012. 2012. səh. 16.
Ədəbiyyat
redaktə- Джафаров А.К. Средний палеолит Азербайджана. Баку: Элм, 1999, 343 с.