Ost Hind Sirketi - Wikipedia
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti.
Ost-Hind şirkəti | |
---|---|
ing. British East India Company | |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | beynəlxalq ticarət |
Məhsulları | Pambıq, İpək, şəkər, duz, bioloji növ, çay, Tiryək |
Təsis tarixi | 31 dekabr 1600 |
Bağlanma tarixi | 1 İyun 1874 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçilər | |
Vikianbarda əlaqəli mediafayllar |
Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir.
Şirkətin yaranma tarixi
redaktə1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi.
6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi. Mildenhol 1603-cü ildə Hindistana çatmış və bir neçə il bruada qaldıqdan sonra 1607-ci ildə Əkbər şahın xələfi Cahangirin fərmanı ilə İngiltərəyə qayıtmışdır. Bu ərəfədə “Avantürit tacirlər” artıq 1600-cü ilin sonunda Hindistana səyahət məsələsi ilə bağlı hökuməti razı sala bilmişdi. Bu icazə 1600-cü il dekabr ayının 31-də Dövlət fərmanı ilə öz təsdiqini tapdı. Şirkət “Şərqi Hindistanla ticarətdə səlahiyyətli, London şirkəti və Valisi” titulunu aldı. Kraliçanın fərmanına əsasən şirkətin əldə etdiyi imtiyazlar aşağıdakılar idi:
- Cəmiyyətin digər hissəsinin şirkətin təyin etdiyi sərhədlərdən kənar ticarətlə məşğul olması qadağan edildi
- Şirkətin hər bir səfərdə ixrac etdiyi 30 min £ dəyərində qızıl və gümüş və ilk 4 səyahətdə ixrac etdiyi ingilis malları gömrük vergilərindən azad edildi
- Müqavilə 15 il müddətinə imzalansa da ölkənin mənafelərinə uyğun olmadığı təqdirdə 2 il ərzində ləğv edilə bilər və ya yenidən 15 il müddətində uzadıla bilərdi.
Şirkət fəaliyyətə başladığı andan etibarən aşağıdakı 3 məqsədə xidmət etməli idi:
- Digər məşhur ingilis tacirlər qarşısında Şərq ticarətində əldə etdiyi imtiyazları və hüquqları mühafizə etmək
- Şərqdəki səlahiyyətli digər rəqib şirkətləri bu ərazidən “qovmaq”
- Şərq dövlətlərindən satıcı ölkələrdən alınan malları əldə etməklə bağlı aldığı imtiyazları qorumaq.
İlkin səfərlər
redaktəŞirkət ilk səfərini 1601-ci ildə Şərqi Hind adalarına (Malaziya-İndoneziya) həyata keçirdi. Qarlı keçən səfərdən sonra, Hindistan ilə ticarət imkanlarını araşdırmaq məqsədilə, 1612-ci ildə ingilis diplomat Tomas Roy Babur şahı Cahangir şah ilə görüşdü. O şahdan burada fabrika eləcə də ticarət bazası yaratmaq barədə icazə almağa nail oldu. Bu Hindistandakı ilk istinad nöqtəsi idi. Daha sonrakı illərdə şirkət öz ərazilərini genişləndirərək, Madras (1639), Mumbay (1668), Kəlkətə (1690) şəhərlərində daimi yaşayış məntəqələri yaratmışdı. Eyni zamanda hərbi gücə də malik olan və Qırmızı dəniz, Bəsrə körfəzi, Yaponiyaya yürüşlər təşkil edən şirkət, səfəvilərlə birlikdə 1622-ci ildə Portuqaliya donanmasını Hörmüz boğazında məğlub edərək Körfəz regionunun və Hindistan yolunun nəzarətini ələ keçirdi.
İl | Gəmilər | Ümumi investisiya £ | Göndərilən qızıl £ | Göndərilən mallar £ | Gəmi və ərzaqlar £ | Qeydlər |
---|---|---|---|---|---|---|
1613 | 8 | 272,544 | 18,810 | 12,446 | ||
1614 | 8 | 272,544 | 13,942 | 23,000 | ||
1615 | 6 | 272,544 | 26,660 | 26,065 | ||
1616 | 7 | 272,544 | 52,087 | 16,506 | ||
1609 | 3 | 82,000 | 28,500 | 21,300 | 32,000 | |
1611 | 4 | 76,355 | 17,675 | 10,000 | 48,700 | |
1610 | 4 | 71,581 | 19,200 | 10,081 | 42,500 | |
1603 | 3 | 60,450 | 11,160 | 1,142 | 48,140 | |
1606 | 3 | 58,500 | 17,600 | 7,280 | 28,620 | |
1607 | 2 | 38,000 | 15,000 | 3,400 | 14,600 | İtmiş gəmi |
1608 | 1 | 13,700 | 6,000 | 1,700 | 6,000 | |
1612 | 1 | 7,200 | 1,250 | 650 | 5,300 |