Purulu - Wikipedia
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.
Tarixi Zəngəzur mahalı əraziləri | |
Ermənistan SSR, Qafan rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Sünik mərzi |
İnzibati mərkəz | Qafan |
İndiki adı | Verin Geğavank (erm. Վերին Գեղավանք) |
Əhalisi | 0 (2001) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir.
Tarixi
redaktə1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar.
İnfrastrukturu
redaktəMeyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Adı
redaktəToponim ayrım türk tayfasına aid olan pürülü etnonimindən əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı sonradan dəyişdirilərək Verin Geğavank (erm. Վերին Գեղավանք; Yuxarı Geğavank) edilib.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 41 nəfər, 1873-cü ildə 138 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 140 nəfər, 1904-cü ildə 467 nəfər, 1914-cü ildə 52 nəfər azərbaycanlı yaşamışdır.[1] 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalan kənd camaatı Ermənistanda sovet hökuməti qurulduqdan sonra öz evlərinə dönə bilmişlər. Ermənistan SSR zamanı kənddə 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 26 nəfər, 1931-ci ildə 254 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarıda isə azərbaycanlılar yenidən öz doğma yurdlarından qovulmuşlar.
Ermənistan Milli Statistika Xidmətinin 2001 və 2010-cu illərdəki məlumatına görə kənddə yaşayış yoxdur.
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1831-ci il | 1873-cü il | 1886-cı il | 1897-ci il | 1904-cü il | 1914-cü il | 1922-ci il | 1926-cı il | 1931-ci il | 2001-ci il | 2010-cu il | ||
Pürülü | 41 | 138 | 257 | 140 | 467 | 52 | 126 | 26 | 254 | 0 | 0 |
Böyük Vətən Müharibəsində Pürülü kəndindən 64 nəfər iştirak etmiş, onlardan 29-u müharibədə həlak olmuşdur.
Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Mehrəliyev Gülçin Nüsrət oğlu və Məhəmmədov Abış Əsgər oğlu Pürülüdəndirlər.
Kənd toponimləri
redaktəPürülü kəndi vaxtilə bölgənin ən böyük kəndlərindən biri olmuş, Kənd Pürülü, Daşbaşı, Xış Pürülü, Dırnacar, Gərmə, Suxam, Pışan, Ulusurt kimi kiçik yaşayış məntəqələrini özündə birləşdirmişdir.[2]
- Yalçeşmə
- Qırxlar bulağı
- Gülü bulağı
- Daşbaşı
- Çiçəkli
- Meydanlar
- Boğazyurd,
- Əriməz
- Uzunqar
- Ağmillər
- Qapılan qayası
- Günçırpan
- Suyuxan
- İlanlıqaya
- Yasamal
- Kahabaşı
- Göy gədik
Nağdalı yurdu və s.
Mənbə
redaktə- Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.
- Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, "Oğuz eli", 1998.
- Sabir Əsədov, «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», Bakı, "Gənclik", 1995.
- Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.
- Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Statistika: İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002
- ↑ "Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002". 2013-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.