Pencere Film 1991 - Wikipedia
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi.
Pəncərə | |
---|---|
Fayl:Pəncərə (film, 1991).jpg | |
Janr |
dram uşaq |
Rejissorlar |
Həsən Əbluc Ənvər Əbluc |
Ssenari müəllifi | İsi Məlikzadə |
Baş rollarda |
İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — Direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə |
Operator | Elxan Əliyev |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1991 |
Texniki məlumatlar |
8 hissə 2255 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır.
"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.
Film haqqında
redaktəFilm Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz".
Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür.
Filmin ideyası 1987-ci ildə yaranmışdır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: İsi Məlikzadə
- Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc
- Quruluşçu operator: Elxan Əliyev
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Bəstəkar: Mobil Babayev
- Operator: Etibar Şirinov
- Səs operatoru: Akif Nuriyev
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
- Rejissor: Mayak Kərimov
Rollarda
redaktə- İlham Babayev — Əhsən
- Valeh Kərimov — Əhsənin atası
- Yaşar Nuri — Nəsib
- Ənvər Əbluc — direktor
- Ruslan Nəsirov — Köçəri
- Simuzər Ağakişiyeva — Nərminə
- Elxan Bayramov — Savalan
- Abbasqulu Əbluc — Vasif
- Zemfira Əliyeva — Sultannisə
- Təvəkkül İsmayılov — Burxan
- Xəlil İsmayılov — Ceyhun
- Məmmədbağır Həsənov — Qənimət
- Ramin Məlikov — Rövşən
- Həsən Əbluc — Rövşənin atası
- Fərid Hacıyev — Zəki
- Nazir Əliyev — Zəkinin atası
- Emil Bayramov — Qurban
- Vüsalə Nəbiyeva — Qumral
- Rövşən Cahangirov — Səməd
- Əbdül Mikayılov — Əhməd
- Elxan Quliyev — milis kapitanı
- Fikrət Məmmədov — milis leytenantı
- Laləzar Mustafayeva — ana
- A.Seyidova
- Ülvi Səfərov
- Ş.Məmmədova
- Mayak Kərimov
- Dadaş Kazımov — qarovulçu
- Vəliəhd Vəliyev — restoran sahibi
- Şəmsi Şəmsizadə — ata
- S.Tağıyev
- İdris Rüstəmov
- Zilli Namazov — restorandakı müştəri
- Vüqar Muradov
- Filmi səsləndirənlər:
- Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-364.