Paleocografiya - Wikipedia
Paleocoğrafiya (rus. палеогеография, ing. palaeogeography) — yer kürəsində geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti öyrənən elm.[1] Paleocoğrafiya landşaftda əks olunan bütün fiziki-coğrafi prosesləri və hadisələri əhatə edir. Bunun üçün qədim relyef, iqlim, orqanizmlər və orqanik maddələrin yayılması bərpa olunur; paleo-tektonika və litoloji- fasial təhlili birləşdirən paleocoğrafi xəritələşdirmə tətbiq edilir. Paleocoğrafiya bir sıra xüsusi sahələri: paleogeomorfologiya, paleoiqlimşünaslıq, paleobiocoğrafiyanı və s. əhatə edir.
Paleocoğrafiya müxtəlif kontekstlərə əsaslana elmi anlayışlar üçün vacib olan məlumat verir. Məsələn, çökmə süxurların paleocoğrafik təhlili neft və digər sərvətlərin sahəsində əsas rol oynayır, çünki stratiqrafik qeydlərdə Yer səthinin qədim geomorfoloji mühitləri daim qorunub saxlanılır.[2][3] Paleocoğrafik dəlillər həmçinin kontinental hərəkət nəzəriyyəsinin inkişafına töhfə vermiş, Pangeya kimi superqitələrin və Pantalas kimi qədim okeanların şəkli və yerləşməsi haqqında məlumat verərək cari tektonik plitələr haqqında nəzəriyyələri məlumatlandırmaqda davam edir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Paleocoğrafiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- ↑ Stanley, Steven M. Earth system history. Luczaj, John A. (Fourth). New York, NY. 2014-04-11. ISBN 978-1-4292-5526-4. OCLC 881875780.
- ↑ Königshof, P. "Devonian change: case studies in palaeogeography and palaeoecology - an introduction". Geological Society, London, Special Publications (ingilis). 314 (1). 2009: 1–6. Bibcode:2009GSLSP.314....1K. doi:10.1144/SP314.1. ISSN 0305-8719.
- ↑ Torsvik, Trond H. Earth history and palaeogeography. Cocks, L. R. M. (Leonard Robert Morrison), 1938-. Cambridge, United Kingdom. 2017. ISBN 978-1-107-10532-4. OCLC 968155663.