Passeriformes - Wikipedia
Passeriformes - Wikipedia - Haqqında Məlumat
Sərçəkimilər (lat. Passeriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Sərçəkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Sərçəkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda 150-yə qədər növü məlumdur. Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur. Adətən 4–6, bəzən də 15–16 əlvan rəngli yumurta qoyurlar. Bir yaşında nəsil verməyə başlayır. Əksər növləri ildə 2–3 dəfə bala çıxarır.
Təsnifatı
redaktə- Torağaylar (Alaudidae): Açıq ərazilərdə yaşayırlar. Yuvalarını yerdə qururlar. Çox yaxşı uçma qabiliyyətləri var. Bəzi növləri çox yaxşı qaçıcıdırlar.
- Arıquşları (Paridae): Meşə və kolluqlarda yaşayan, xırda və gözəl səsli quşlardır. Ağacların yarpaq və gövdəsindəki böcəklər ilə qidalanır.
- Qaranquşlar (Hirundinidae): Bütün dünyada yayılmış quşlardır. Uçarkən böcəkləri havada tutaraq qidalanırlar. Yuvalarını palçıqdan düzəldirlər. Quyruqları haçadır.
- Quyruqsallayanlar (Motacillidae): Torpaq üzərində və ya çatlarda fincana bənzəyən yuvalar düzəldirlər. Uzun quyruqlarını yerə qonduqları zaman sallamaları ilə tanınırlar.
- Alaçöhrələr (Laniidae): Dimdik aşağıya tərəf qıvrıqdır.
- Silvilər (Sylviidae): Meşə, kolluq və bataqlıqlarda yaşayırlar.
- Milçəkqapanlar (Muscicapidae): Ağaclarda yaşayırlar və yuvalarını mağaraya bənzər oyuqlarda düzəldirlər.
- Vüroklar (Fringillidae): Qısa və qalın dimdikləri ilə toxumları kəsə bilirlər.
- Vələmir quşları (Emberizidae): Qısa quyruqlu, böyük ayaqlı, gözəl səsli quşlardır. Dünyanın hər yerində yayılıb.
- Sittalar (Sittidae): Kiçik quşlardır. Dimdikləri yuxarı qıvrıqdır. Meşələrdə yaşayırlar və ağac oyuqlarının içinə yuva qururlar.
- Sığırçınlar (Sturnidae): Ağaçlıq ərazilərdə yaşayırlar. Yumuşaq və parlaq rəngli tükləri var.
- Qaratoyuqlar (Turdidae): Meşə və kolluqlarda yaşayırlar. Yuvalarını ağaçların budaqları arasına qururlar.
- Toxucu quşlar (Ploceidae): Qısa dimdikləri olan, xırda quşlardır. Adətən toxumları qıraraq qidalanırlar.
- Qarğalar (Corvidae): Sərçəkimilərin ən böyük nümayəndəsidir. Dimdikləri və ayaqları iridir. Bir qismində sürü halında yaşamaq mövcuddur.
- Süzərlər (Certhiidae): Meşə və ağaclıqlarda yaşayırlar, böcəklər və tumlarla qidalanırlar. İncə və yanlardan yassılaşmış dimdikləri, uzun və iti caynaqlı ayaqları vardır.
- Sarıköynəklər (Oriolidae): Meşələrdə yaşayan, böcəklər ve meyvələrlə qidalanan, sarı və ya qırmızı rəngli və gözəl səsli quşlardır. Dimdikləri iti və qüvvətli, qanadları uzun, ayaqları qısadır.
- Cənnət quşları (Paradisaeidae): Erkək və dişisi arasında böyük fərqlər vardır. Erkəkləri çox rəngli olur. Qəribə dans şovları ilə dişinin diqqətini çəkirlər. Növlərin çoxunda quyruq uzun və rənglidir. Meşələrdə yaşayırlar, meyvələr və böcəklərlə qidalanırlar.
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4