Pera Muzeyi - Wikipedia
Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı — Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında yerləşir. Muzey XIX əsr Şərqşünaslığına xüsusi diqqət yetirir.
Pera Muzeyi | |
---|---|
türk. Pera Müzesi | |
| |
Əsası qoyulub | 2005 |
Açılış tarixi | 2005 |
Mövzu | incəsənət |
Ölkə | Türkiyə |
Yerləşir | İstanbul |
Ünvan | Bəyoğlu Taksim meydanı, İstiqlal küçəsi |
Ziyarətçi sayı | hər il 10000 nəfər |
Telefon | +90-212-334-99-00 |
41°01′54″ şm. e. 28°58′30″ ş. u.HGYO | |
peramuzesi.org.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey "Suna və İnan Kıraç Vəqfi" tərəfindən 2005-ci ildə 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin tarixi binasında qurulmuşdur. 2003–2005-ci illər arasında bina fasadı qorunaraq, içərisini muzey məqsədilə yenidən quran memar Sinan Genim tərəfindən təmir edilmişdir.
Pera Muzeyi binasında daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər fəaliyyət göstərir.[1]
Tarixi
redaktəPera Muzeyi şəxsi kolleksiya əsasında qurulmuşdur. Muzeyin adı yerlə bağlıdır. Belə ki, o, hazırda yerləşdiyi İstanbulun Bəyoğlu bölgəsinin tarıxı adı "Pera"nı daşıyır. Muzey 2005-ci ildə Suna ve İnan Kıraç Vəqfinin vəsaiti hesabına təşki edilmişdir. Bu vəqfə aid olan üç kolleksiya muzeyin əsas eksponatlarını təşkil edir. "XIX əsr Orentalizm rəsm əsərləri", "Anadolu çəki və ölçü vahidləri", "Kütahya saxsı və bəzək əşyaları" kolleksiyaları Pera Muzeyinin əsas sərgi eksponatlarıdır.[2]
Muzey binası 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin binasında yerləşir. Muzeyi binada yerləşdirmək üçün bina 2003–2005-ci illərdə tarixi görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Nəticədə muzeyin yanında avtomobil saxlamaq üçün parkinq yerləri və ziyarətçilərin rahat gəlib getməsi üçün şərait yaradılmışdır.[3]
Pera Muzeyi təkcə muzey kimmi fəaliyyət göstərmir. O, müxtəlif mədəni tədbirlərin keçirildiyi mərkəzdir. Burada sərgi salonları, Pera təhsil, Pera film, Pera konsert salonları da fəaliyyət göstərir.
Sərgi salonu
redaktəMuzeyi bir tərəfdən Vəqf kolleksiyaları ilə yanaşı, müxtəlif sərgilər və muzeologiya fəaliyyətləri ilə Türkiyənin unudulmuş mədəni və bədii dəyərlərinə işıq tutmağa çalışır. Digər tərəfdən təşkil etdiyi qısamüddətli sərgilərdə Jan Dubuffet, Henri Kartier-Bresson, Rembrandt, Niko Pirosmani, Josef Koudelka, Juan Miró, Akira Kurosava, Mark Şaqal, Pablo Pikasso, Fernando Botero, İkuo Hirayama, Frida Kahlo, Dieqo Rivera, Qoya və Giocometti kimi ustad sənətkarların əsərlərini türk sənətsevərlərə təqdim etmişdir.
Onları Türkiyəyə gətirməklə yanaşı, elmi layihə sərgilərinə də ev sahibliyi edir. Bəzi xarici sərgilərlə Vəqfin kolleksiyalarını beynəlxalq səviyyədə tanıtdırır.
Pera Muzeyi hər yay Türkiyədə və dünyada sənət təhsili verən ixtisaslı təşkilatlarla əməkdaşlıq edərək sərgilərini açır və gənc sənətkarlara və sənətkarlara dəstək olur.
Pera təhsil
redaktəPera Muzeyindəki təhsil, uşaqları və gəncləri sənətlə bir araya gətirmək, muzey məlumatlılığı yaratmaq, sənəti əlçatan etmək və tamaşaçılar ilə sərgilənən əsərlər arasında ünsiyyət qurmaq üçün həyata keçirilən işləri əhatə edir.
Pera film
redaktə2008-ci ilin oktyabr ayında fəaliyyətə başlayan Pera Muzeyi Film və Video şöbəsi, periyodik proqramlarında Pera Film; Alen Resnais, Erik Rohmer, Federiko Fellini, Roman Polanskidən İnqmar Berqmana qədər geniş seçimlər, eksperimental film-video nümunələri, animasiya, sənədli və qısa film janrları təqdim edir.
Muzeyin kolleksiyası
redaktəOrentalizm dövrü rəsmlərinin kolleksiyası
redaktəMuzeydə Osmanlı və Avropa rəssamlarının məşhur əsərləri sərgilənir. Bu əsərlər arasında ən məşhuru Osman Hamdi Bəyin 1906-cı ildə çəkdiyi "Tısbağa tərbiyəçisi" rəsmidir.
-
Jan Etyen Liotar "Türk geyimli qadın" (XVIII əsrin ortaları)
-
Antuan de Favre - "Fransız səfiri Osmanlı paltarında" (1766)
-
Sultan Əbdülməcid (1850-ci illər) naməlum rəssam
-
Pyer Deziree Qilme - "Osmanlı sarayının bir xanımı dəf ifa edir" (1875)
-
Fausto Zonaro — "Şəhzadə Əbdüirəhim əfəndi" (1880)
-
Jül Lefevr "Quluqçu" (1880)
-
Osman Hamdi Bəy "İki musiqiçi qadın" (1880)
-
Elis Tristam, "Qızıl buynuzda dəniz gəzintisi" (1888)
-
Osman Hamdi Bəy — "Narıncı şlyapada qız" (1904)
-
Osman Hamdi Bəy "Tısbağa tərbiyəçisi" (1906)
Anadolu çəki və ölçü vahidləri kolleksiyası
redaktəKolleksiyaya qədim dövrlərdən müasir zamana qədər on mindən çox eksponat daxildir.
Kütahya saxsı və bəzək əşyaları kolleksiyası
redaktəKolleksiyada müxtəlif dövrlərə aid 800-dən çox əşya vardır. XVIII–XX əsrlər xüsusilə yaxşı təmsil olunur.
İstinadlar
redaktə- ↑ "10 of the best modern art galleries in Istanbul" (ingilis). www.theguardian.com. 2016-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 апреля 2016.
- ↑ "Arxivlənmiş surət" (Türkçe). 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
- ↑ "Arxivlənmiş surət" (Türkçe). 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
Ədəbiyyat
redaktə- Pera Museum (ed.). Portraits from the Empire. Pera Museum Publications, 2005. 155 p. ISBN 975 9123 −02–9
- Pera Museum (ed.). Young Expansion. Pera Museum Publications, 2005. 163 p. ISBN 975 9123 −00–2