Pontiya Rododendronu - Wikipedia
Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Pontiya rododendronu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Pontiya rododendronu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəQafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir.
Botaniki təsviri
redaktəDüz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir. Çiçək saplaqlarının uzunluğu 2,0-4,5 sm, çılpaq və ya vəziciklidir. Sütuncuğu və dişicik ağzı tükcüklüdür. Yumurtalığı xırda vəziciklidir. Sütuncuğu və dişicik ağzı al-qırmızıdır. Qutucuğu silindrik, çılpaq, uzunluğu 1,5-1,8 sm-dir. Təbiətdə apreldən iyuna qədər, bəzən ikinci dəfə payızda çiçəkləyir, meyvə qutucuğu çılpaqdır.
Ekologiyası
redaktəDənizə yaxın əhəngsiz ərazilərdə, meşə yamaclarında, sıx cəngəlliklərdə bitir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda əsasən subalp qurşaqda təsadüf edilir və bəzən qrup şəklində bitərək fon yaradır.
İstifadəsi
redaktəMədəni şəraitdə Pontiya rododendronunun ağ çiçəkli formasına rast gəlinir- R.h. ponticum L. var.album (Sweet) Zbl.Pontiya və Qafqaz rododendronunun alınan preparatların bioloji aktivliyi çoxdur.