Pulman Sirketi - Wikipedia
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi.
Pulman şirkəti | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | dəmiryol[d] |
Məhsulu | Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri |
Təsis tarixi | 1867, 1900, 1927 |
Bağlanma tarixi | 1987 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi tarixi
redaktəCorc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər. Bu hadisədən sonra Corc Pulman sərnişinlərin rahatlıqla istifadə edə biləcəkləri vaqonu yaratmaq qərarına gəlir. İlk növbədə, kupelərdə yuxarı oturacağı qatlanan şəkilə gətirmək üzərində işləyir. Pulman şirkətinin dəmiryolları sahəsində ən önəmli kəşflərindən biridə qatlanan çarpayılar olmuşdur. Bu kəşf, zamanla dünyada istifadə oluna bütün dəmiryolu vaqonlarına tətbiq edilmişdir. Sərnişinlər tərəfindən yeni kəşf, böyük maraqla qarşılandı və sürətlə bəyənilməyə başlanıldı. Bununla ilkin olaraq, sərnişinlərin gecəni rahat keçirmələri təmin olunurdu. Sonralar Pulman öz ideaları əsasında şəxsi vaqonlarını istehsal etməyə başladı. Bu vaqonlarda, qatlanan çarpayılarla yanaşı, pəncərələrə çəkilmiş xüsusi pərdələr və vaqonun sonunda hər iki cinsin nümayəndələri üçün nəzərdə tutulmuş tualetlərdə vardı. Tərəfindən görülən işlərin böyük marağa səbəb olduğunu görən Pulman 1862-ci ildə kamfortlu dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olan şirkətini rəsmən qeydiyyatdan keçirir. Pulman xüsusəndə, varlı müştəriləri üçün dövrünə görə, möcüzə hesab olunacaq, rahatlığı təmin edirdi. Xüsusi sifarişlə, hazırlanan vaqonlarda xalçalar, mərkəzləşdirilmiş tualet sistemi, mebellər, kitabxana hətta kart oynamaq üçün kart masaları belə quraşdırılmışdır.
Əldə olunan bütün bu uğurlarla, baxmayaraq şirkət ABŞ-də 1894-cü ildə işçilər tərəfindən gercəkləşdirilən Pulman tətilləri ilə tanınmışdır. Tətillər, Amerikada şirkətin imicinə mənfi təsir göstərmişdir. Böhran dövründə, işçilər maaşlarının kəsilməsi səbəbindən kütləvi şəkildə tətillərə başlamışdır. Tətilçilərə dövrünün tanınmış sosialisti İquan Debs rəhbərlik edirdi. Tətillər haqqında xəbərlər bütün Amerikada yayıldıqdan sonra, işçilər tərəfindən Amerika dəmiryolu işçilərinin sindikatı adlı təşkilat yaradılmışdır. 1897-ci ildə Corc Pulmanın vəfatından sonra, şirkətin rəhbəri kimi XVI ABŞ prezidenti Avraam Linkolnun oğlu Robert Tod Linkoln seçilmişdir. Şirkət 1955-ci ildə Çikaqo şəhərində vaqon istehsalı üçün böyük zavod və işçilərin yaşaması üçün şəhərçik inşa edir. 1930-cu ildə şirkət, Standart Steel zavodunu alır. 1982-ci ildə isə Armtrak modeli vaqonların istehsalı dayandırılır. Həmin il şirkət, Bombardier şirkətinə satılır və vaqon istehsalı bununla əl dəyişdirir.
Şirkətin tarixi
redaktəPulman şirkətinin səhimləri 1 yanvar 1900-cü ildə, rəqib şirkətlər tərəfindən alınmışdır. Bunda sonra şirkəti adı The Pullman Co olaraq, dəyişdirilmişdir. 1924-cü ildə vaqon daxilində olan əşyaların hazırlanması üçün şirkət daxilində Pullman Car & Manufacturing Co törəmə şirkəti yaradıldı. 1927-ci ildə şirkətin adı Pullman Inc olaraq dəyişdirilmişdir. Pulman şirkətinin ən uğurlu illəri, 1923–1927-ci illər hesab olunur. Bu illərdə şirkətin vaqonlarının sayı 10 mini keçmişdi. Şirkət tərəfindən açılan iş yerlərində, 28 min kassir və 12 min yükdaşıyan kuryer işləyirdi. 1934-cü ildə Pulman şirkəti, Standard Steel Co şirkəti ilə birləşərək, adını Pullman-Standard şəklində dəyişir. Hər iki şirkət 1982-ci ilə qədər vaqon istehsalı sahəsində əməkdaşlıq edirlər. Bu dövrdə ABŞ-də istehsal olunan vaqonların böyük bir qismi Pullman-Standard tərəfindən hazırlanırdı. 1940-cı ildə, şirkətin inkişaf etdiyi, bir dövrdə, Amerikada Ədliyyə və Maliyyə nazirlikləri tərəfindən, şirkətə qarşı məhkəmə işləri qaldırılır. Məhkəmələrdə, şirkətin vaqon istehsalı ilə müştəri xidməti sahələrinin bir yerdə icra etməsi nəticəsində, ölkədə bu sahədə inhisar yarandığı və bu inhisarın aradan qaldırıması üçün birgə fəaliyyətə son qoyulması tələb edilirdi. 1944-cü ildə qəbul olunan qərara, əsasən şirkət istehsal və xidmət sahələrini bir-birindən ayırır.
Pullman-Standard şirkəti xidmət sahəsində olan avadanlıqları satmaq məcburiyyətində qalır. Şirkətin xidmət siferasında olan hər bir şey, Amerikada fəaliyyət göstərən digər dəmiryolu şirkətlərinə satılır. 1943-cü ildə şirkət gəmi istehsalı ilə məşğul olmağa başlayır. Əsasən İkinci dünya müharibəsində Amerikan ordusu üçün kiçik ölçü təyyarələri daşıyan gəmilər istehsal edilir. Gəmi istehsalı işinin daha yaxşı təşkil edilməsi üçün, şirkət tərəfindən Çikaqo şəhərində yerləşən, Kalument gölünün sahilində gəmi tərsanəsi inşa edilir. Şirkətin gəmi istehsalında fəaliyyət göstərdiyi iki il ərzində, 60 metr uzunluğunda, 640 ton ağırlığında 34 ədəd Korvet gəmisi və 70 metr uzunluğunda, 520 ton ağırlığında, Amfibya hücum gəmisi istehsal olunur. 1944-cü ildə şirkətin xidmət sahələri bir-birinə bağlı olmayan üç sahəyə bölünür. İstehsal, xidmət və vaqon kiralama işləri ilə ayrı-ayrı şirkətlərə tapşırılır. Xidmətlə bağlı yaradılan şirkət, maliyyə səbəbindən 1968-ci ildə ləğv edilir. İstehsalla məşğul olan əsas şirkət isə 1981-ci ilə qədər fəaliyyətini davam etdirmişdir. Vaqonların dizayn edilməsi işi, Pullman Technology Inc şirkətinə tapşırılır. Bu şirkət isə bu gündə Bombardiyer şirkətinin tərkibində fəaliyyət göstərməkdədir.
Pulman şirkəti tərəfindən salınmış yaşayış məntəqələri
redaktəPulman şirkəti, Çikaqo şəhərinin 23 km cənubunda yerləşən ərazidə, 16 km² sahədə 1880-ci ildə qəsəbə salmışdır. Qəsəbədə yalnız şirkətdə işləyən işçilər qala bilərdi. Onlar üçün pulsuz evlər tikilmişdi. Qəsəbə zamanla böyüyərək, şəhərə çevrilmişdir. Burada 6 min işçi yaşayırdı. Şəhərdə alış-veriş mərkəzi, kitabxana, kilsə, məktəb, xəstəxana və müxtəlif əyləncə mərkəzləri fəaliyyət göstərirdi. Hal-hazırda Pulman şəhərində 8 minə yaxın insan yaşayır. Şirkətin işçilərində biri Pulman şirkəti haqqında belə demişdir:
Pulman xəstəxanasında doğuldum. Pulman dükanından alınan ərzaqlarla bəsləndim. Pulman məktəbində təhsil aldım və hər bazar günü Pulman kilsəsinə getdim. Pulman şirkətində işlədim, öləndədə Pulman cəhənnəminə düşəcəyəm. |
Şəhərdə, alkoqollu içkilərin satılması qadağan olunmuşdu. Ancaq yalnız bir yerdə Florens hotelində yüksək qiymətə satılırdı. 1898-ci ildə məhkəmə qərarı ilə şəhər, şirkətdən alınır və İllinoys ştatının tabeliyinə verilir. Şəhər Tarixi önəmə sahib əsərlər siyahısına salınmışdır.
Qalereya
redaktə-
Qaradərili kuryer
-
Pulman vaqonlarının xarici görünüşü
-
Pulman vaqonlarının daxili görünüşü
-
1890-cı il istehsalı olan vaqon
-
İstifadəsiz pulman istehsalı olan vaqon
-
İki mərtəbəli vaqon
-
vaqonda yemək bölümü
-
Şirkət tərəfindən istehsal olunan trolleybus
-
Şirkət tərəfindən istehsal olunan trolleybus
-
Şirkət tərəfindən istehsal olunan trolleybus
-
Maşinist bölümü
-
Argentinada Pulman şirkətinin istehsalı olan trolleybuslar
-
Sarı rəngli trolleybus (ABŞ, 1968)
-
Bir vaqondan ibarət qatar
-
Muasir vaqonlar