Pyrus Communis - Wikipedia
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Adi armud | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Adi armud |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbabətdə
redaktəAşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir.
Adi armud və ya mədəni armud və Qafqaz armudu.
Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir.
Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır. Meyvəsi xırdadır, girdə formada olub, azca ağız büzüşdürücüdür. Adətən, meyvələri avqust-sentyabr aylarında yetişir. Azərbaycan meşələrində yabanı halda geniş yayılıb.
Adi armudun meyvələrində şəkər (12 %), pektin maddələri (4,2 %), üzvü turşular (2,5 %), aşı maddələri (1,2 %), C vitamini (64,5 mq %), karotin (5–6 mq %), B1 vitamini vardır.
Qafqaz armudunun tərkibində isə şəkər şəkər (6–7 %), pektin maddələri (3,4–4 %), üzvü turşular (1,2–1,6 %), aşı maddələri (2–3 %), C vitamini (26–30 mq %), karotin (6,48–10,5 mq %), və s. müəyyən edilmişdir.
Xalq təbabətində Qafqaz armudunun qurudulmuş yarpaqlarından sulu dəmləmə (çay) hazırlayıb, ürək ağrıları, xüsusən ürək döyünmələri zamanı içirlər. Eyni məqsəd üçün təzə dərilmiş armud meyvələrinin şirəsindən də istifadə olunur.
Adi armud şirəsi ishal xəstəliyinə qarşı işlədilir. Zaqatala rayonunda bağ armudunun meyvələrindən [xüsusən onun yerli adla məşhur olan "bal armudu" sortundan] armud bəkməzi hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. Nəticədə əldə edilən armud bəkməzindən qüvvətverici və sidikqovucu dərman kimi istifadə olunur. Armudun meyvələrinin şirəsi şəkərlə bir yerdə mət hala [qatı hala] düşənə qədər qaynadılır. Nəticədə alınan bəkməzdən (yerli adla "armudrub") iştahaartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Bağ armudu böyrəklərdən daşın salınmasında və sidikqovucu kimi istifadə edilir.
Diabet xəstəliyinə tutulanlara armud çox xeyirlidir, çünki o, orqanizmdə qidanın asan həzm olunmasına və iştahanın yaxşılaşmasına kömək edir. Armud malyariya xəstəliyinə tutulanlar üçün də faydalıdır. Çünki o, ürək yanğısının qarşısını alır. Xalq təbabətində armud ağacının yarpaqlarından çay kimi dəmləyib daxili qanaxmalarda qankəsici dərman kimi işlədilir.
Təbii yayılması
redaktəŞərqi Avropadan Qərbi Asiyaya qədər yayılmışdır. Ermənistan və İranda geniş arealı vardır.
Botaniki təsviri
redaktəHündürlüyü 20 m və daha çox olan, piramidal çətirli, qalıntəhər budaqlı ağacdır. Budaqların qabığı boz, iynələrlə örtülmüşdür. Cavan zoğları açıq qonur və tükcüklü, sonradan çılpaq olur. Tumurcuqları çılpaq, qısa-ellipsvari, sarımtıl-qonurdur. Xırda və ya kifayət qədər iridir. Yarpaqları yumru-rombvari, uzunluğu 8,5 sm-dək və eni 5 sm, ucu biz, yaşıl və üstü parlaq, alt tərəfi bir az keçəli, kənarları dişlidir. Çiçəkləri çox iri, 7–10 ədəd qalxanlara yığılmışdır. Meyvələri tək-tək və ya qalxanlarda yerləşəndir. Basıq kürəvi hamardır və ya armudvaridir, diametri 3 sm olub, iri, qalın kasacıqlıdır. Meyvələri avqust-sentyabr ayları arasında yetişir.
Ekologiyası
redaktəİşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda, dəniz səviyyəsindən aşağı və orta dağ qurşaqlarında rast gəlinir.
Azərbaycanda yayılması
redaktəKiçik Qafqazda-Zəngilan rayonu ərazisində təbii halda yayılmışdır.
İstifadəsi
redaktəDekorativ çiçəklərə malikdir. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 479.