Qerbi Benqaliya - Wikipedia
Qerbi Benqaliya - Wikipedia - Haqqında Məlumat
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən).
Ştat | |
Qərbi Benqaliya | |
---|---|
benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo ing. West Bengal | |
|
|
Ölkə | Hindistan |
İnzibati mərkəz | Kəlküttə |
Qubernator | Mamata Benerci |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 26 yanvar 1950 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Abreviatura | IN-WB |
ISO kodu | IN-WB |
Avtomobil nömrəsi | WB |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.