Britaniya Hindistani - Wikipedia
Britaniya Hindistanı (ing. British Raj) — Cənubi Asiyada (indiki Hindistan, Pakistan, Banqladeş,Myanma,Seylon) XVIII əsrin ortalarından 1858-ci ilədək Ost-Hind şirkətinin, sonra isə 1947-ci ilədək Britaniya imperiyasının hakimiyyətində olan ərazi.
Tarixi dövlət | |
Britaniya Hindistanı | |
---|---|
|
|
Paytaxt | Kəlkətə, Yeni Dehli |
Rəsmi dilləri |
|
Valyuta | Hindistan rupisi |
İdarəetmə forması | konstitusiyalı monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBritaniya Hindistanının tərkibinə 1796–1802-ci illərdə Seylon (indiki Şri-Lanka); 1826, 1852 və 1885-ci illərdə ərazisinin tədricən işğalı nəticəsində 1935-ci ilədək Birma (indiki Myanma); 1839–1937-ci illərdə Ədən; 1811–1814-cü illərdə Yava; Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkləri (Streyts-Setlments, 1826–1867) daxil edilirdi. 1858-ci ildə Ost-Hind şirkəti ləğv edildi və Britaniya Hindistanı biləvasitə Böyük Britaniya kraliçası Viktoriyaya tabe oldu. 1876-cı ildə Viktoriya Hindistanın imperatriçəsi elan edildi. Britaniya Hindistanı Londondakı Hindistan məsələləri üzrə stats-katib (nazir) və Kəlkətədəki (1911-ci ildən Dehlidəki) general-qubernator (vitse-kral) tərəfindən idarə olunurdu. O, müstəqil dövlətin bəzi atributlarına (hökumət, büdcə, ordu) və Qanunverici məclisə (1919-cu ildən) malik idi. Britaniya Hindistanının bütün sakinlərinin irqindən, milliyətindən, və dinindən asılı olmayaraq idarəçilikdə və məhkəmədə bərabərliyi rəsmən elan edilirdi. Britaniya Hindistanı 1919–1946-cı illərdə Millətlər Cəmiyyətinin üzvü olmuşdur.
Britanya hindistanın parçalanışı və birləşmiş krallıq hakimyətinin sonu
redaktəBirləşmiş krallıq 2-ci dünya muharibəsindən sonra koloniyasının dəstəyi üçün azadlığı üçün söz vermişdi Britanya hindistanında üsyanlar baş verirdi bunların hamısı sepoylar yəni birləşmiş krallıqa xidmət edən əsgərlər tərəfindən bastırıldı bruma və seylon isə britanya hindistanının hakimyətində deyildi 1947-ci ilin 15 avqustunda isə hindistan müsəlman və hind əhali olmaq üzrə 2-yə ayrıldı müsəlmanları çox olduğu yer pakistan və şərqi pakistan (1971)qədər yəni banqladeş hind əhali isə hindistan dövlətini qurdular hindistanda azadlıq uğrunda mübarizədə iki şəxs vardı Məhəmməd Əli Cinnah (müsəlman azadlıq hərəkatçısı) və Mahatma Qandi (hind hərəkat başçısı) 1947 ci ilin 15 avqust bölnməsindən 3 il sonra 1950-ci ildə respublika elan olunur və dominyonluğ ləvğ edilir bruma və ya Myanma əyaləti isə birləşmiş kralıqa bağlı əyalətdi 1948-ci ildə müstəqil olur və həmin il seylonda müstəqil olur belləlikl Britanya hakimyəti sona çatır amma indi myanmar xaric hamısı Millətlər Birliyinə üzv olur.
Hindistan ərazisində müharibələr və problemlər
redaktəHindistan ilə Pakistan arasında problemli məsələ olan Kəşmir problemi hələ də ortadan qaldırılmayıb. Kəşmir əhalisi müsəlman ama idarəçisi hind olduğu üçün iki ölkə bir-birilə müharibə aparmış ama heç nə əldə etməmişdir. Çində Hindistanın şimal bölgəsini ələ keçirmiş Hindistan-Çin müharibəsi zamanı kəşmir və Arunaçal Pradeşi işğal etmiş və beləliklə Hindistan-Çin əlaqələri pisləşmiş amma Çin-Pakistan əlaqələri yaxşılaşmış və çinlilər kəşmir problemində pakistanlıların tərəfini tutmuşdur. BMT isə müharibəni dayandırmışdır.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. 4-cü cild. Bakı, 2013. səh 569.