Qabriel Fore - Wikipedia
Qabriel Urben Fore (fr. Gabriel Urbain Fauré; 12 may 1845[2][3][…], Pamye[d][4] – 4 noyabr 1924[4][2][…], Paris[4]) — fransız bəstəkar və müəllim.
Qabriel Fore | |
---|---|
fr. Gabriel Urbain Fauré[1] | |
Ümumi məlumatlar | |
Doğum adı | Gabriel Urbain Fauré[1] |
Doğum tarixi | 12 may 1845[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1924[4][2][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | universitet müəllimi[d], bəstəkar, orqan ifaçısı[d], musiqişünas, musiqi pedaqoqu, müəllim, pianoçu, kapelmeyster |
Fəaliyyət illəri | 1861–1924 |
Janrlar | opera, klassik musiqi |
Musiqi aləti | orqan[d] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQabriel Fare 12 may 1845-ci ildə Fransanın Pamye şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 9 yaşı olanda Lui Nidermeyerin rəhbərlik etdiyi Kilsə musiqi universiteti nəzdində olan məktəbə daxil olmuşdur. Burada kilsəyə lazım olan orqan və xor ifaçılarını yetişdirirdilər.
1870-ci ildə Fransa-Prussiya müharibəsinin başlanması ilə Fore əsgərliyə çağırılmış və Parisin müdafiəsində iştirak etmişdir. Daha sonra Kilsə musiqi universiteti ilə birlikdə İsveçrəyə getmişdir. Qayıtdıqdan sonra əvvəlcə Sen-Lyulpis, 1874-cü ildə isə Madlen kilsəsində işləməyə başlamışdır.
1898-ci ildə Londona səfər etmiş və orada Moris Meterlink pyesi əsasında olan tamaşaya öz musiqisi ilə dirijorluq etmişdir.1905-ci ildə Paris konservatoriyasının direktoru olmuşdur. Ömrünün axırlarında eşitmə qabiliyyətini itirmiş və 1920-ci ildə direktor vəzifəsindən imtina etmişdir.
Yaradıcılıq
redaktəForenin ən məşhur əsərləri "Rekviyem", "Madriqal", "Pelles və Melizanda" süitası, "Penelopa" operası, fleyta və fortepiano üçün texniki çətinliklər üzərində yaradılmış "Fantaziya"dır.
İstinadlar
redaktə- ↑ 1 2 3 NNDB (ing.). 2002.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Gabriel Urbain Faure // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 5 6 Форе Габриель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ RKDartists (nid.).
- ↑ https://cimetiere-de-passy.com/personnalites/gabriel-faure/.