Qacar Muzeyi - Wikipedia
Qacar muzeyi — Təbriz şəhərinin ən qədim məhəllələrindən biri olan Şeşgilan məhəlləsində yerləşən muzey. Qacarlar sülaləsinin hakimiyyəti dövründə tikilmişdir.
Əmir Nizam Gəruslu binası kimi də tanınan bu bina Təbrizin ən görkəmli tikililərindəndir. Bina XIX əsrin sonlarında, Nəsrəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir.
Mənbələrə görə bu bina, həmin dövrdən Qacarların hakimiyyətinin sonunadək İranın "Qacar qorunmuş məmləkətləri" adlanırmış ki, Azərbaycan əyaləti bu ölkənin ən önəmli və ən öncül əyaləti kimi tanınırdı. Bina həm də valilik binası kimi istifadə edilmişdir.
Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin Darülsəltənə (Sultanlıq divanı) olması və Tehrandan sonra "Qacar qorunmuş məmləkətlərin" ən önəmli şəhəri olmasıdır.
XVIII əsrin sonlarında Qacarlar sülaləsi hakimiyyətə gəldikdən və Abbas Mirzə vəliəhd olduqdan sonra Təbriz şəhəri vəliəhd və şahzadə şəhəri kimi önə çıxdı. Qacar şahzadələri Təbriz və Azərbaycanda vali və başçı kimi uğur qazansaydılar, şah öləndən sonra Tehrana gedərlərmiş. Bu baxımdan Təbriz gələcəkdə şah olacaq fərdin sınaq və imtahan yeri idi.
Binanın xüsusiyyətləri
redaktəBina 1 500 metr² ərazidə tikilmiş və iki mərtəbəlidir. İçində hovuzlar və fəvvarələr olan iki, daxili və xarici həyətə malikdir. 16 ədəd sütun binanın balkonunu saxlayır.
Muzeydəki qalereyalar
redaktəBirinci qatın qalereyaları: pul, tikiş, çini, şüşə, metallar və musiqi alətləri. Yeraltı qatın qalereyaları: daş, silah, sərkərdələr və paşalar, memarlıq və şəhərsalma qalereyaları.