Qannon Universiteti - Wikipedia
Qannon Universiteti (ing. Gannon University) — ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində yerləşən katolik universitet.
Qannon Universiteti | |
---|---|
42°07′41″ şm. e. 80°05′24″ q. u.HGYO | |
Şüar | Sağlamlıq, Bilik, Dindarlıq |
Əsası qoyulub | 1925 |
Tip | özəl |
Rektor | Keyt Teylor |
Tələbə sayı | 4.238 |
Şəhər | Eri |
Ölkə | |
Universitet şəhərciyi | şəhər |
Sayt | gannon.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQannon Universiteti Eri Roman Katolik Yeparxiyası tərəfindən ikiillik Kafedral kolleci kimi yaradılmışdır. 1944-cü ildə bura kişilər üçün dördillik Qannon İncəsənət və Elm Kollecinə çevrilmişdir və kollec adını onun açılmasında və tikilməsində aparıcı rol oynamış Con Mark Qannonun adını almışdır. 1964-cü ildə kollecdə həm qadınlar, həm kişilər təhsil almağa başlamışdır. 1979-cu ildə isə kollec universitet statusu almışdır.[1][2]
Təhsil
redaktəUniversitet öz tələbələrinə dosent, bakalavr, magistr və doktorantura dərəcələrini təklif edir.
Hazırda universitetdə 4.238 nəfər təhsil alır.
İdman
redaktəUniversitetin tələbələri həmçinin müxtəlif idman yarışlarında iştirak edir. Universitetin 18 atletika idmanı üzrə proqramı var.
Reytinqi
redaktəU.S. News & World Report's 2010-cu ildə "ABŞ-nin ən yaxşı kollecləri" siyahısında ABŞ-nin şimalında Top kolleclər arasında göstərilmişdir.
Məzunları
redaktəUniversitetdən indiyə qədər 31.500 nəfər məzun olmuşdur.
İstinadlar
redaktə- ↑ "A Brief History of Gannon University". Gannon University. 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-03.
- ↑ "About the Diocese: 1918–1966 Golden Era". Roman Catholic Diocese of Erie. 2007-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-03.
Xarici keçidlər
redaktə- gannon.edu — Rəsmi saytı
- Atletika
- Onlayn jurnal