Qara Zanbaq - Wikipedia
Qara zanbaq - Aleksandr Düma tərəfindən yazılmış olan tarixi romandır.[1]
Qara zanbaq | |
---|---|
fr. La Tulipe noire | |
Müəllif | Aleksandr Düma |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1850 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Obrazlar
redaktə- Polkovnik Van Deken: Şahzadə III Vilyam van Orancın köməkçisi
- Kornelis de Vitt: Hollandiyanın baş naziri olan Yohan de Vittin qardaşı
- Kornelis van Berle: zanbaq yetişdirən, həkim, Kornelis de Vittin xaç oğlu
- Krek: Yohan de Vittin xidmətçisi
- Qrif: Buitenhof və Loevestein həbsxanalarının nəzarətçisi
- İsaak Bokstel: Kornelis van Berlenin qısqanc qonşusu
- Yohan de Vitt: Hollandiyanın Baş naziri
- Vilyam van Oranc: 1672-ci ildə De Vitt qardaşlarını edam etdirərək ölkə başçısı olan şahzadə
- Roza: Qrifin qızı
- Van Sistens: Harlem meri və Çiçək İstehsalçıları Assosiasiyasının prezidenti
Film versiyaları
redaktəKitab 1921, 1937, 1956, 1970 və 1988-ci illərdə filmlərə mövzu olmuşdur. 1963-cü ildə çəkilmiş olan və Alen Delonun baş rolda oynadığı film isə kitabdan müstəqildir.
Süjet xətti
redaktəHollandiyanın Dordrext şəhərində zəngin və əsilzadə bir tacirin oğlu olan Kornelis van Berle həm də Hollandiyanın baş nazirinin qardaşı olan Kornelis de Vittin xaç oğludur. Tibb təhsilini başa vurduqdan sonra 1668-ci ildə 24 yaşı olarkən atasını itirir. Atasının ölümündən sonra özünə böyük bir miras qalan Kornelis özünü zanbaq əkinçiliyinə həsr edir və sahib olduğu var-dövləti sayəsində tez bir zamanda bu sahədə mütəxəssisə çevrilir. Uzun illər öz evində şəxsi imkanları ilə zanbaq yetişdirən və bu sahədə ciddi müvəffəqiyyət əldə edən qonşusu İsaak Bokstel Kornelisin bu cəhdindən məmnun qalmamış, əvvəlcə qonşusu ilə yarışmağa, hətta onun zanbaq soğanaqlarını belə məhv etməyə çalışsa da, sonunda bu işdən əl çəkib, bütün günü qonşusunu gizlicə pəncərəsindən izləməyə başlayır.
Harlemdəki Çiçək İstehsalçıları Assosiasiyası böyük, ləkəsiz, qara zanbaq yetişdirə biləcək hər hansısa bir kəsə yüz min Hollandiya quldeni mükafat verəcəyini bildirir. Lakin o dövrdə hətta tünd rəngli zanbaq belə yetişdirilə bilinmədiyi üçün bu müsabiqədə qalib gəlmək mümkün hesab edilmirdi. Bir çoxları kimi müsabiqədə iştirak edən Kornelis qısa bir müddət ərzində zanbaqların rəngini tündləşdirməyi bacarır və qara hədəfə çatmağa yaxınlaşır.
1672-ci ilin yanvar ayında Dordrextdə olan Kornelis de Vitt qardaşı Yohanın müsyö Luvua ilə yazışmalarının olduğu zərfi öz xaç oğluna həvalə edir. Pəncərədən qonşusunun evini müşahidə edən İshaq bu çatdırılmanın şahidi olur. İsaak Kornelis de Vittin yeddi aydan sonra həbs olunduğunu biləndən sonra qonşusunu satır. Növbəti gün Hollandiyanın Baş naziri olan Yohan de Vitt və qardaşı Kornelis de Vitt 1672-ci ilin avqust ayının 20-də Haaqada edam edilərək öldürülürlər. Bu hadisədən qısa bir müddət əvvəl Kornelis de Vitt tərəfindən yazılmış olan və Kornelis van Berle məktubları açmadan yandırmasını bildirən xəbərdarlıq məktubu de Vittin edam günü Kornelis van Berle çatır, lakin məktubu alan kimi van Berlenin evi əsgərlər tərəfindən hücuma məruz qalır, həbs edilir və mühakimə olunmaq üçün Haaqaya aparılır. Həmin gecə İshaq qonşusunun bağına girsə da, axtardığı soğanı tapa bilmir. Evin içindəki gül emalatxanasında da soğanı tapa bilməyəndən sonra öyrənir ki, Kornelis soğanı üç hissəyə kəsib və bu hissələri də həbs olunarkən özü ilə apardığını başa düşərək Haaqaya getməyə qərar verir.
Haaqada həbsdə olan Kornelis buradakı qəzəbli və kobud mühafizəçi olan Qrifin xoş xasiyyətli qızı Roza ilə tanış olur. Kornelis avqust ayının 23-də məhkəmə qarşısına çıxarılır və qısa mühakimədən sonra ona ölüm hökmü verilir. Məhkəmə tərəfindən ona verilmiş olan hökmün icrasına iki saatdan da az müddət qaldığını öyrənən Kornelis, qayğısına qalan Rozaya öz məhəbbətini bildirir və edam edildikdən sonra yetişdirib mükafatı alması üçün qara zanbaq soğanlarını xaç atasının yazısı olan kağıza bükərək Rozaya ona verir. Kornelis dar ağacına aparılarkən, həyatının əhv edildiyini və cəzasının ömürlük həbs ilə əvəz edildiyini öyrənir.
Loevestein qalasına aparılan Kornelis, Rozaya çatdırmaq üçün yazmış olduğu məktubu zamanla tutduğu və əhliləşdirdiyi göyərçinlərlə birlikdə göndərir. Bir müddətdən sonra Roza peyda olur; O, məktubu aldığını və atasının Loevestein qalasına təyin edilməsini təmin etdiyini bildirir. İki sevgili hər axşam görüşürlər və beləliklə də Roza zanbaqları yetişdirir, Kornelis isə ona oxumağı və yazmağı öyrədir. İsaak isə Yakob Gizels təxəllüsü ilə həbsxanaya gəlib-getməyə, Qriflə görüşməyə başlayır. Bir gün Kornelisin hücrəsinə basqın zamanı Qrif Kornelisin zanbaqlarından birini tapır və çiçəyi ayağı ilə əzir; lakin İshaq nə etdiyini öyrənəndə ona çox əsəbiləşdiyi üçün o bu əməlinə peşman olur.
Roza hər gün həbsxanaya gəlməyə davam edən İshaqdan gizli formada qara zanbağı yetişdirməyi bacarır, lakin o, müsabiqəni təşkil edən dərnəyə məktub göndərərkən İsaak gizlicə qızın otağına girir, qara zanbağı oğurlayır və birbaşa Haarlemə aparır. Zambağın oğurlandığını görən Roza üçüncü və sonuncu lalə soğanını da özü ilə götürərək atasına xəbər vermədən ata minərək Haarlemə gedir və Haarlem meri və Çiçək İstehsalçıları Assosiasiyasının prezidenti Van Sistensin yanına gəlir. Lakin Van Sistens Rozanı ciddi qəbul etmir. O zaman De Vitt qardaşlarını edam etdirərək 21 yaşında ölkə başçısı olan Şahzadə III Vilhelm van Oranc qara zanbaq xəbərini eşidib şəhərə gəlir. Şahzadə merin otağına daxil olanda Rozanın problemini izah etməyə çalışdığını görür; O, özünü assosiasiyanın üzvü kimi təqdim edir və Rozanın hekayəsinə qulaq asır. Roza başına gələn hər şey haqqında danışır. Özü ilə sübut kimi gətirdiyi üçüncü lalə soğanını da ona göstərir; üstəlik, bu soğanın büküldüyü kağızda Kornelis de Vittin əl yazısını görən Şahzadə Kornelis van Berlenin günahsız olduğunu da başa düşür.
Qara zanbağı yetişdirə biləcək şəxsə veriləcəyi bildirilən mükafat üçün 15 may 1673-cü ildə Haarlemdə böyük mərasim keçirilir. Mükafatı almağı gözləyən İsaak və şahzadənin istəyi ilə gözəl libas geyinən Roza ayrı-ayrılıqda mərasim keçirilən məkana gəlirlər. Şahzadənin əmri ilə Haarlemə gətirilən və edam olunmaq üçün aparıldığını zənn edən Kornelis səhnədə Şahzadənin mükafatı Rozaya verdiyini görür. Hiss etdiyi heyrət və qorxusuna görə beyninə qan sızan və elə yerindəcə ölən İsaakı görən Kornelis oğrunun keçmiş qonşusu olduğunu başa düşür və təəccüblənir.
Yüz min quldenlik mükafatı əldə edən Kornelis və Roza evlənirlər və Dordrextə qayıdırlar. Bokstelin evi auksionda satışa çıxarılır və Kornelis bu evi və onun bağını alaraq öz bağına əlavə edir. Qrif isə kürəkəninin bağçasındakı gülləri mühafizə edir. Kornelis və Rozanın 1674 və 1675-ci il təvəllüdlü iki övladı dünyaya gəlir; dünyaya gələn oğlanın adı Kornelis, qızın adını isə Roza qoyurlar.
İstinadlar
redaktə- ↑ The Fortnightly Review (ingilis). Chapman and Hall. 1878. 533.