Qarabel Siyenek - Wikipedia
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Qarabel siyənək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qarabel siyənək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəQarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir.
Morfoloji əlamətləri
redaktəD III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur. Başının çox enli olması ilə növün digər formalarından fərqlənir.
Yaşayış yeri və həyat tərzi
redaktəXəzər dənizində yaşayan və Alosa Kessleri cinsindən olan Xəzər siyənəklərinin ən böyüyü olub, uzunluğu 22–46 sm, kütləsi 170–1200 q olur, 7–8 il ömür sürür. Qarabel siyənək yırtıcı balıqdır. Kilkə, aterina, xul balığı və digər xırda balıqlarla qidalanır. Başqa siyənək növlərindən fərqli olaraq qarabel siyənək keçici balıqdır. Kürü tökmək üçün o, əsasən Volqa, nadir hallarda isə Ural çayına girir. Maraqlıdır ki, yırtıcı balıq olduğuna baxmayaraq, qarabel siyənək və onun körpələri bölgə, sıf, naxa balıqları, bəzi hallarda isə suitilər və balıqtutan quşlar (Qarabattaq, ağ vağ və b.) üçün qida mənbəyidir. Qarabel siyənək qış aylarında Cənubi Xəzərdə su səthində temperaturun 8°C-dən aşağı düşmədiyi sahələrdə yaşayır. O, aprelin əvvəlində suda temperatur 9–13 °C olduqda Xəzərin qərb sahilindən az aralı, Azərbaycan və Dağıstan sahilləri ilə hərəkət edərək Orta Xəzərdə görünməyə başlayır. Aprel, may aylarında isə şimala hərəkət etdikləri vaxt onlar sahilə yanaşırlar.
Çoxalması
redaktəQarabel siyənək digər siyənəklərə nisbətən çox sürətlə böyüyür. Cinsi yetişkənliyə 3–6 yaşında çatır. Keçici balıqdır. Kürüsünü tökdükdən sonra kütləvi sürətdə tələf olur, çox az qismi yenidən dənizə qayıda bilirlər. Çoxalması mayın ortalarında başlayır və avqustun əvvələrinə qədər davam edir. Kürü tökmənin qızğın vaxtı iyunun ortalarında olur. Başqa siyənəklər kimi bu siyənəyin ovu da qiymətli balıq növlərinin tora düşməsi ilə əlaqədar dayandırılıb. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, qarabel siyənək sürüləri azsaylıdır.
Təsərrüfat əhəmiyyəti
redaktəMühüm vətəgə balıqlarındandır. Başlıca olaraq, dənizin Volaq-Xəzər rayonunda tutulur. Hazırda illik ovu 0,2–1,22 min ton arasındadır. Əti çox yağlıdır. Hisə verilmiş və duzlanmış halda istifadə olunur.[2]
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1997.
- ↑ Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z. "Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh51.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 82.
- Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 83 s.
- Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, səh 178.
- Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.