Qiyas Sadiqov - Wikipedia
Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri.
Qiyas Sadıqov | |
---|---|
Vəzifədədir | |
25 dekabr 2022-ci ildən | |
Sədr | Pənah Hüseyn |
7 oktyabr 2012 – 25 dekabr 2022 | |
Sədr | Pənah Hüseyn |
2003 – 7 oktyabr 2012 | |
Əvvəlki | Pənah Hüseyn |
Sonrakı | Pənah Hüseyn |
1993 – 26 iyun 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Əvvəlki | Oqtay Şahbazov |
Sonrakı | Akif Muradverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəQiyas Sadıqov 27 mart 1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur.[1] 1976-cı ildə M. Ə. Sabir adına Sabirabad şəhər orta məktəbini bitirmişdir. Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda almış, oradan 1976-cı ildə məzun olmuşdur. Daha sonra ordu sıralarında zabit olaraq fəaliyyət göstərib. 1985–1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr kimi fəaliyyət göstərmişdir.
Ailəlidir, bir övladı var.
Siyasi fəaliyyəti
redaktəQiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq başlamışdır. O, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Salyan Rayon Şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir.
Qiyas Sadıqov 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsinə, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunmuşdur. O, 26 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 651 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[2]
Qiyas Sadıqov sabiq baş nazir Pənah Hüseyn ilə bərabər 4 aprel 1999-cu ildə Azərbaycan Xalq Partiyasını təsis etmişdir. Partiya 9 iyul 1999-cu ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.[3]
2003-cü il prezident seçkilərində Azərbaycan Xalq Partiyası Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbəri dəstəkləmişdir.[4] Lakin seçki nəticələri açıqlandıqdan sonra İsa Qəmbərin seçkiləri İlham Əliyevin ardından ikinci sırada tamamladığı məlum olmuş, nəticələr əleyhinə etiraz aksiyaları başlamışdır. Bunun nəticəsi olaraq bir neçə partiya sədri vəzifəsindən istefa vermişdir. Eləcə də, Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn 2003-cü ildə vəzifəsindən istefa vermiş, sədr əvəzi olaraq Qiyas Sadıqov fəaliyyətə başlamışdır. 7 oktyabr 2012-ci ildə Azərbaycan Xalq Partiyasının II Qurultayı keçirilmiş və qurultayda yenidən Pənah Hüseyn sədr seçilmiş və Qiyas Sadıqov sədrlikdən getmişdir.[5]
Qiyas Sadıqov 2007-ci ildən 2010-cu ilədək deputat Pənah Hüseynin köməkçisi vəzifəsində çalışmışdır.
Azərbaycan Xalq Partiyasının 11 dekabr 2022-ci il tarixli V Qurultayında seçilmiş yeni İdarə Heyətinin 25 dekabr 2022-ci il tarixli iclasında aldığı qərara əsasən Qiyas Sadıqov Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini təyin olunmuşdur.[6]
Seçkilərdə
redaktəQiyas Sadıqov 2010-cu il parlament seçkilərində Azərbaycan Xalq Partiyası üzvü olaraq Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə deputatlığa namizəd göstərilmişdir.[1] O, seçkilərdə 2015 (12.57%) səs toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Ceyhun Osmanlının ardından seçkiləri ikinci sırada tamamlamışdır.[7]
Qiyas Sadıqov 2020-ci il parlament seçkilərində Azərbaycan Xalq Partiyası üzvü olaraq öz təşəbbüsü ilə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[8] O, 2217 səs (10,08%) toplayaraq Yeni Azərbaycan Partiyasının deputatlığa vahid namizədi Kamal Cəfərovun ardınca seçkiləri ikinci sırada bitirmişdir.[9]
3 iyul 2024-cü ildə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin iclası keçirilmiş, iclasda 2024-cü il növbədənkənar parlament seçkilərində partiyanın 6 namizədi müəyyənləşmişdir. Belə ki, partiya sədri Pənah Hüseynin 68 saylı Sabirabad-Şirvan, sədr müavini Qiyas Sadıqovun isə 67-ci Sabirabad seçki dairəsindən namizəd olması qərara alınmışdır.[10] Lakin, Sadıqovun namizədliyi qeydə alınmamışdır.
İstinadlar
redaktə- ↑ 1 2 "63 SABIRABAD BIRINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "Q. B. Sadıqovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilməsi haqqında". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "BAB üzvləri". 2009-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "AXP-nin qurultayı keçirildi". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "Pənah Hüseyn oğlunu müavin təyin etdi". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
- ↑ "63 SABIRABAD BIRINCI SEÇKI DAIRƏSİ". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "63 SAYLI SABİRABAD BİRİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ "MİLLİ MƏCLİS SEÇKİLƏRİ - 09.02.2020". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ mia.az. "Pənah Hüseyn seçkiyə bu dairədən qatıldı - AXP-nin 6 dairə üzrə namizədləri müəyyənləşib". mia.az (az.). 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.