Qiymetli Kagizlar - Wikipedia
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz.
Qiymətli kağızların növləri
redaktəQiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər.
Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).[1]
Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.
Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s. daxildir. Törəmə qiymətli kağızlar isə valyuta, faiz, indeks və opsionlar hesab edilir.
Əsas qiymətli kağızlar özləri də 2 qrupda cəmləşirlər:
- ilkin qiymətli (aksiyalar, veksellər )
- ikinci dərəcəli qiymətli kağızlar (ilkin qiymətli kağızların əsasında buraxılan kağızlardır).
Qiymətli kağızlar bazarında müddətli qiymətli kağızlar da olur. Müddətinə görə qiymətli kağızlar üç yarımnövə ayrılır:
- qısamüddətli (1 ilə qədər),
- ortamüddətli (5 −10 ilə qədər )
- uzunmüddətli (20 −30 ilə qədər)
Qiymətli kağızlar bazarında dövlət və qeyri-dövlət adını daşıyan qiymətli kağızlar da var. Dövlət qiymətli kağızları, adı müxtəlif olan istiqrazlar hesab edilir. Qeyri dövlət qiymətli kağızları isə müxtəlif şirkətlər yaxud fiziki şəxslər tərəfindən tədavülə buraxılan qiymətli kağızlardır. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.
Səhm
redaktəSəhm, qiymətli kağız olaraq səhmdar cəmiyyətin üzvü kimi, divident almaq və səhmdar cəmiyyətin idarə olunmasında iştirak etməyə şərait yaradır. Səhmdar milli valyuta ilə və ya nizamnamədə nəzərdə tutulan halda xarici valyutada ödənilə bilər, həmçinin natural mülkiyyət formasında ödəmələr də səhmdar cəmiyyətin fəaliyyətində istifadə oluna bilər. Ödəmə formasından asılı olmayaraq səhmin qiyməti milli valyutada göstərilir. Hər bir səhmdar cəmiyyətin səhmləri eyni nominal qiymətə malikdir, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada səhmlərini buraxa bilər. Müəssisə müflisləşən halda səhmləri geri qaytarılmır. Səhmdarlar , müəssisənin əmlakı satıldıqdan və bütün borclar ödənildikdən sonra qalan pulları öz aralarında bölüşdürürlər.
Abunəli sertifikatlar, istiqrazlar , imtiyazlı səhmlərlə birgə buraxılır və sahibinə müəyyən müddətdə danışılmış qiymətə adi səhmləri almağa və onların dividentləri qalxdıqda isə gəlir əldə etməyə hüquq verir. Bu səhmdarları bazar vasitəsilə korporasiyalara buraxılan istiqrazların faizlərini aşağa salmağa , alıcıları səhmlərin güzəştli satılmasına sövq edir.
İstiqraz, dövlət və korporasiyalar tərəfindən buraxıla bilən, sahibi ilə emitenti arasındakı borc münasibətlərini təsdiqləyən və sahibinə emitentdən buraxılış şərtlərində nəzərdə tutulan müddətdə borcun nominal dəyərini və başqa əmlak ekvivalentini, həmçinin təsbit edilmiş faiz şəklində illik gəlir almağa təxirə salınmaz hüquq verən fond qiymətli kağızıdır. İki razılaşan tərəflər , borcverən və borcalan arasında müqavilə , saziş növüdür.
Rendit, qiymətli kağızlarin nisbi gərginlik göstəricisidir. İstiqrazların renditi ödənilən dividentlərin istiqrazların cari məzənnələrinə nisbəti kimi hesablanır və faizlə ölçülür.
Veksel
redaktəVeksel -(alman sözü olub — mübadilə deməkdir) müəyyən formada yazılı şəkildə tərtib edilmiş (uzunmüddətli öhdəlik şəklində) qiymətli kağızdır. Vekselin verdiyi şəxs (kreditor, borcverən) veksel sahibi adlanır, veksel şərtsiz,qanun tərəfindən qəbul edilən, qeyd edilmiş müddətə və müəyyən şərtlərlə ona pul borcunun alınması (qaytarılması ) hüququnu verir. Veksel qiymətli kağız olaraq borc alanın öhdəçiliyini təsdiq edir, borcun qaytarılma vaxtını,həcmi və kimə qaytarıldığını göstərir. Normal fəaliyyət göstərən bazar iqtisadiyyatı şəraitində hər bir bazar subyekti malı borc götürərkən mal yiyəsinə onun razılığı ilə qaytarma vaxtını uzatmaq şərtilə veksel verə bilər.
Veksel aşağıdakı rekvizitlərlə öz əksini tapmalıdır:
- Veksel nişanı "veksel" sözü hansı dildə tərtib olunacaqsa;
- Müəyyən məbləğin ödənmilməsi qeyd-şərtsiz təsdiqlənir;
- Ödəmə müddəti;
- Ödəmə yeri;
- Məbləği alan şəxsin adı və onun tələbləri;
- Vekselin tərtib yeri,vaxtı;
- Veksel verənin imzası.
Veksellərlə hesablaşma zamanı vəsaitlərin dövriyyə qabiliyyətini sürətləndirmək üçün banklar onları diskont edə,vekselin təminatı qismində ssudalar verə bilər, müştərilərə vekselə görə ödənişin əldə edilməsi və borcların ödənilməsi üzrə xidmətlər göstərə bilərlər. Veksel malların satışının yaxşılaşdırılmasına və dövriyyə vəsaitlərinin dövriyyə sürətinin artırılmasına kömək edir, bu da müəssisənin borc kapitala və ümumilikdə pul vəsaitlərinə ehtiyacının azalmasına səbəb olur.
Bu növbəti hallarda baş verir:
- vekselin müddəti malların satış müddəti ilə uyğun gəlir;
- mal sövdələşmələri veksellərlə rəsmiləşdirilir.
Tətbiq sferasından asılı olaraq veksel iki formada tərtib olunur: sadə(solo) və ötürülmə ( tratta) veksel. Sadə (solo) veksel verilirsə, bu halda vekseldə alıcı,satıcı,məbləğ,müddət və yer göstərilir. Ötürülmə ( tratta) veksel tərtib olunarkən burada bir neçə fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.Ötürülmə vekselı vekselverənin yazılı təklifi, trassant adlanaraq ,başqa şəxsə borclana , veksel qəbuledənə, trassat adlanana, üçüncü şəxsə təqdim edənə, remitent adlanana məlum məbləğin verilməsi haqqında sənəddir.
Bank veksellərlə əməliyyatları öz adından , lakin müştərinin marağını nəzərə almaqla aparır. Müştəridən müəyyən ödəniş -komission, bunun ölçüsü müştəri ilə bank arasında bağlanan müqavilədə təyin olunur.
İstinadlar
redaktə- ↑ "Korporativ qiymətli kağızlar". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.