Qoxu Siniri - Wikipedia
Qoxu siniri (lat. nervus olfactorius) — kəllə sinirlərindən 1 cütü, xüsusi duyğu üzvü siniridir, qoxu beynindən (lat. rhinencephalon) inkişaf etmişdir; iki növ nüvəsi vardır. Başlanğıc nüvəsini burun boşluğunun qoxu hissəsini örtən qişadakı bipolyar (iki qütblü) qoxu reseptorları (hüceyrələri) təşkil edir; uc nüvəsi qoxu soğanağında yerləşir.
Qoxu siniri | |
---|---|
| |
Latınca | n. olfactorius |
Qrey | subyekt 196 |
MeSH | Olfactory+Nerve |
Vikianbarda əlaqəli mediafayllar |
Qoxu siniri hissidir, 15–20 ədəd qoxu lifləri — (lat. fila olfactoria) adlanan kiçik dəstələrdən təşkil olunmuşdur; (Əslində qoxu siniri burun boşluğunun qoxu hissəsini örtmüş selikli qişadakı bipolyar (ikiqütblü) qoxu hüceyrələrinin mərkəzi çıxıntılarından ibarətdir.) bunlar qoxu soğanağından başlayaraq xəlbir sümüyünün xəlbir səfhəsindəki dəliklərdən burun boşluğuna daxil olur. Burada bunlar əvvəlcə sümüküstlüyü və selikli qişa arası ilə gedir, sonra selikli qişaya daxil olub bir qismi yuxarı balıqqulağı sahəsindəki və digər qismi burun arakəsməsinin yuxarı hissəsindəki qoxu reseptorlarında tamam olur. Qoxu sinirləri reseptorların qəbul etdikləri qıcıqları beyinə daşıyır.
İstinadlar
redaktə Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |