Qurut - Wikipedia
Qurut - Wikipedia - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu.
Hazırlanması
redaktəQurutu hazırlamaqdan ötrü qatıq və
ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar.
İstifadə
redaktəAlınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir. Qurut pendir kimi də istifadə edilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Kulinariyası Ensiklopediyası. səh. 93.
- Azərbaycan mətbəxindən yemək reseptləri Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine