Rovsen Behcet - Wikipedia
Rövşən Behcət (13 mart 1945 – 19 avqust 2011) — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti.[1]
Rövşən Behcət | |
---|---|
Fayl:Rövşən Behcət.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Şərqi Azərbaycan ostanı, İran |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | müğənni |
Həyatı
redaktəRövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb.[2] Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.
Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb.
Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.
İstinadlar
redaktə- ↑ Azərbaycanın tanınmış xanəndəsi son mənzilə yola salındı[ölü keçid]
- ↑ "Rövşən Behcət əcəlini keçən ildən gözləyirmiş". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-21.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |