Resadet Axundov - Wikipedia
Axundov Rəşadət Fikrət oğlu (7 aprel 1984, Jdanov rayonu) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi, keçmiş siyasi məhbus.
Rəşadət Axundov | |
---|---|
Doğum tarixi | 7 aprel 1984 (40 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
redaktəRəşadət Axundov 1984-cü ilin avqustun 7-də Beyləqan rayonunda anadan olub. Orta təhsilini Əli Bayramlı Özəl Türk Liseyində alıb (2001).
Təhsili
redaktəAli təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Nəaliyyətlərinə görə Xüsusi İstedadlar Qrupuna keçirilib (2001-2005).
Təhsilini davam etdirən Rəşadət 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə (CEU) qəbul olunub. 2007-ci ildə oranın İşgüzar İdarəçilik üzrə Magistr Təhsilini (MBA) başa vurub.
İctimai Fəaliyyəti
redaktə2005-ci ildə Yox Hərəkatına qoşulmuş və hərəkatın aktiv üzvlərindən biri olmuşdur. Daha sonra 2006-cı ildən fəaliyyətini OL! Azərbaycan Gənclər Hərəkatında davam etmiş və bir dönəm OL!-un İdarə Heyəti üzvü olmuşdur. 2010-cu ildə OL! Hərəkatını tərk etmişdir.
19 iyun 2010-cu il tarixində, Bakıda keçirilən etiraz aksiyalarının birində, polis tərəfindən saxlanılır və barəsində 10 sutkalıq həbs qərarı çıxardılır.
8 mart 2011-ci il tarixində, Facebook-da təşkil olunmuş “Böyük Xalq Günü” adlı etiraz mitinqi ərəfəsində, ailəsiylə birgə olduğu zaman mülkigeyimli polis işçiləri tərəfindən saxlanılır və bir neçə saat sonra məhkəmə tərəfindən 5 sutkalıq həbs cəzasına məhkum olunur.
Siyasi sifariş əsasında həbs olunmuş gənc fəallar Adnan Hacızadə və Emin Millinin müdafiəsi məqsədilə yaradılmış Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının fəallarından və təsisçilərindən biri olub.
Üzvü olduğu N!DA Vətəndaş Hərəkatının təsisçilərindən biri olub. Təşkilatda fəaliyyəti dövrü ərzində iki dəfə çoxluğun etimadını qazanaraq İdarə Heyətinə seçilib.
Həbsi
redaktə2013-cü ilin 30 mart günü, hakimiyyətin Nida Vətədaş Hərəkatına qarşı başladığı repressiyaların tərkib hissəsi olaraq, mülkigeyimli polislər tərəfindən oğurlanaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Bir müddət sonra Nəsimi Rayon məhkəməsinə gətirilərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onu, Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsiylə ittiham edib.
6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşadət Axundov barəsində hökm oxunub və 8 il müddətində azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı Rəşadət Axundovu "vicdan məhbusu" kimi tanıyıb. 17 mart 2016-cı ildə azadlığa buraxılıb. Hal-hazırda Macarıstanda təhsil alır.
Ailəsi
redaktəBir övladı var.