Merkezi Avropa Universiteti - Wikipedia
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir.
Mərkəzi Avropa Universiteti CEU | |
---|---|
Central European University | |
48°10′26″ şm. e. 16°23′18″ ş. u.HGYO | |
Əsası qoyulub | 1991 |
Tip | Özəl |
Rektor | Con Şatak |
Tələbə sayı | 1,600 |
Şəhər | Budapeşt |
Ölkə | |
Ünvan | Nador u. 9, 1051 Budapest, Hungary |
Sayt | ceu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Bu gün MAU – 110-dan çox ölkədən[1] olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.[2] 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir.
Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir.
Rektoru
redaktə1 avqust 2009-cu ildən etibarən MAU-nun keçmiş rektoru Yehuda Elkananı insan hüquqları üzrə görkəmli hüquqşünas Con Şatak əvəz etdi.[3] Hazırda bu universitetin prezidenti və rektoru Con Şatakdır. O daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.
Missiyası və tarixi
redaktəMAU-nun əsasını qoymaq ideyası xorvat şəhəri – Dubrovnikdə keçirilmiş mühazirə seriyası zamanı yaranmışdır. MAU qərb nümunəli universitet olub, açıq cəmiyyət ideyasına əsaslanan və Avropanın post-kommunist ölkələrində siyasi, sosial və iqtisadi dəyişikliklərin öyrənilməsinə həsr edilməli idi.
Hazırda MAU beynəlxalq tanınmış universitet olmaqla yanaşı, həm də tədqiqat və analitik mərkəz kimi öz məzunlarını siyasi və akademik sferalarda liderliyə və innovasiyaya hazırlayır. MAU gender araşdırmaları və ekoloji siyasət üzrə Şərqi Avropada magistr proqramı açmış ilk universitetdir.[4]
MAU Mərkəzi və Şərqi Avropa, eləcədə keçmiş SSRİ ölkələrində açıq cəmiyyət ideyasının inkişafını tələbə və akademik mühit vasitəsilə dəstəkləyir. Burada fərziyyə və praktiki ideyalar kritik və müqayisə analizi olaraq yaradıcılıqla inkişaf etdirilir. Bununla bərabər inkişaf etməkdə olan ölkələrdə demokratik ideyalar yayıldıqca MAU bu ölkələrdən olan tələbələrə maliyyə dəstəyi təqdim etməyə başladı.
14 oktyabr 2007-ci ildə Corc Soros MAU Şura sədri vəzifəsindən istefa verir. Direktorlar şurasının yeni sədri 2 illik müddətə Leon Botşteyn seçilir. Hazırda Corc Soros MAU Şurasının fəxri sədridir.
Akkreditasiyası
redaktəUniversitetin ilk qeydiyyatı ABŞ-dədır. Macarıstanda bu universitet özəl fəaliyyət göstərən universitet kimi qeydiyyatdan keçib və Macarıstan Akkreditasiya Komitəsi tərəfindən 2004-cü ildə akkreditasiya olunub.[5][6]
Departament və proqramları
redaktəDepartamentlər
redaktə- İqtisadiyyat;
- Ətraf mühit elmləri və siyasəti;
- Gender tədqiqatları;
- Tarix;
- Beynəlxalq münasibətlər və Avropa tədqiqatları;
- Hüquq tədqiqatları;
- Riyaziyyat və onun tətbiqi;
- Orta əsrlərin tədqiqatları;
- Nasionalizm tədqiqatları;
- Fəlsəfə;
- Siyasi elmlər;
- İctimai siyasət;
- Sosiologiya və sosial antropologiya;
- Koqnitiv elmlər.
Dərəcə proqramları
redaktəBir illik magistr dərəcə proqramları
redaktə- MA (Master of Arts) proqramları: Mərkəzi Avropa tarixi; İqtisadiyyat və hüquq tədqiqatları; Gender tədqiqatları; İnsan hüquqları; Beynəlxalq münasibətlər və Avropa tədqiqatları; Orta əsrlərin tədqiqatları; Nasionalizm tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət; Sosiologiya və sosial antropologiya.
- MSc (Master of Science) proqramları: Ətraf mühit elmləri və siyasəti
- LLM (Master of Laws) proqramları: Müqayisəli konstitusiya hüququ; İqtisadiyyat və hüquq tədqiqatları; İnsan hüquqları; Beynəlxalq biznes hüququ
- Biznes proqramları: Transmilli MBA; Beynəlxalq Executive MBA (18-aylıq proqram)
İki illik magistr dərəcə proqramları
redaktə- MA (Master of Arts) proqramları: Tənqidi gender tədqiqatları; Qlobal bazarlarda iqtisadi siyasət; Ətraf mühit elmləri, siyasəti və menecemneti (MESPOM, Erasmus Mundus); İqtisadiyyat; Tarixi tədqiqatlar; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət (Erasmus Mundus proqramı), Sosiologiya və sosial antropologiya; Qadın və gender tədqiqatları (GEMMA, Erasmus Mundus); Qadın və gender tarixi (MATILDA, Erasmus proqramı)
- MS (Master of Science) proqramı: Tətbiqi riyaziyyat
- Biznes proqramları: Executive MBA (Menecment üzrə beynəlxalq magistr dərəcəsi)
Doktorluq proqramları
redaktə- PhD (Fəlsəfə doktoru): Müqayisəli gender tədqiqatları; Mərkəzi, Cənub-Şərqi və Şərqi Avropanın müqayisəli tarixi; İqtisadiyyat; Ətraf mühit elmləri və siyasəti; Riyaziyyat və onun tətbiqi; Orta əsrlər tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; Sosiologiya və sosial antropologiya.
- Hüquq elmləri doktoru[7].
Xüsusi proqramları
redaktəUniversitet fakültə üzvləri və mütəxəssislər üçün xüsusi proqramlar da həyata keçirir:[8]
- Xüsusi Layihələr Ofisi;[9]
- MAU Yay Universiteti;[10]
- Kurrikulum Resurs Mərkəzi.[11]
MAU Yay Universiteti
redaktəMAU-nun Yay Universiteti Mərkəzi və Şərqi Avropada humanitar və sosial elmlər üzrə gənc tədqiqatçılar üçün ən əhəmiyyətli akademik proqramıdır. 1996-cı ildə MAU Yay Universiteti 269 nəfərlik heyəti və 516 iştirakçını əhatə edib. Bir çox iştirakçılar təhsil haqlarından və digər iştirak xərclərindən azad ediliblər, onların çoxu akademik işlə məşğul olan gənclərdirlər (təhsilini başa vurmuş tələbələr, təhsil işçiləri, tədqiqatçılar və s.). Bu yay universiteti nəticəsində onlar öz tədqiqatlarını təkmilləşdirmək, tədris kurslarını inkişaf etdirmək, təhsildə müxtəlif metodlardan istifadə etmək, beynəlxalq elmi və peşəkar şəbəkələr çıxış əldə etmək barədə zəngin məlumat əldə ediblər.[12]
Kitabxanası
redaktəMərkəzi Avropa Universitetinin kitabxanası Şərqi Avropada sosial və humanitar elmlər sahəsində rəqəmsal və qeyri-rəqəmsal kolleksiyalara malik ən böyük ingilis dilli kitabxanalardandır. Kitabxanada 255 000-dən çox müxtəlif formatda sənədlər və əksər akademik məcmuələrə daxil olma imkanları var.[13]
Açıq Cəmiyyət Arxivləri (ACA) soyuq müharibə dövrünü araşdıran dünyada ən aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Arxiv kommunist dövrünü əhatə edən siyasi, sosial, iqtisadi və mədəni həyatı ilə bağlı geniş materiallara sahibdir. Kolleksiya özündə Azadlıq Radiosunun arxivi və stenoqram yayımını, həmçinin Mərkəzi və Şərqi Avropada kommunizm dövründə qadağan edilən material və dünyanın ən böyük samizdatlarını birləşdirir. Arxivdə həmçinin insan hüquqları və hərbi cinayətlərə dair daim çoxalan audio və videomaterial sənədləri daxil edilir.
Reytinqlərdə yeri
redaktəMərkəzi Avropa Universiteti 2011-ci ildə "QS World University Rankings" tərəfindən hazırlanmış təhsil istiqamətləri üzrə dünya reytinqində Siyasət və Beynəlxalq münasibətlər sahəsində ən yaxşı 51–100,[14] Fəlsəfə üzrə 101–150[15] və Sosiologiya üzrə 151-200-cü yerləri bölüşdürür.[16] Ümumiyyətlə götürdükdə isə 2011-ci ildə universitet bu reytinqdə dünyada 372-ci yerdə qərarlaşıb[17]
Alman qəzeti Die Zeitin tətqiqatlarına əsasən universitetin Siyasi Elmlər departamenti Avropada ən yüksək beş eyniadlı proqramdan biridir.[18][19] Universitetin Hüquqi Tədqiqatlar departamenti Çexiya qəzeti Lidove noviny tərəfindən Mərkəzi Avropada ilk yerə layiq görülüb. Sorğu Avstriya, Çexiya, Polşa, Slovakiya, Almaniya və Macarıstan universitetlərini əhatə edib.[20] QS TOPMBA sorğusunda Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Avropada ən yaxşı 20 biznes məktəb siyahısında yer alıb.[21] Bu yaxınlarda həmin resursda çıxmış məlumatda qeyd edilir ki, bu biznes məktəb Avstriya və Almaniya da daxil olmaqla Avropada beynəlxalq və regional şirkətlər tərəfindən ən çox baxılan biznes məktəbdir.[22][23]
"Magyar Rektori Konferencia" tərəfindən hazırlanmış son hesabatda MAU heyəti adambaşına düşən beynəlxalq nəşrlərin sayına görə Macarıstanda birinci yerdədir. Universitet həm də Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişaf Proqramları çərçivəsində tədqiqat qrantlarının sayına görə ölkədə birinci yerdə qərarlaşıb. Avropa Tədqiqat Şurasının Başlanğıc Qrantları (Avropada gənc tədqiqatçılar üçün ən prestijli qrantı hesab olunur) çərçivəsində Mərkəzi və Şərqi Avropadan ümumi qalib gəlmiş 8 qrantdan 3-ü Macarıstana verildi (bu, regionda ən yüksək göstəricidir), onlardan da ikisi MAU heyətinə layiq görüldü.[12]
Nəşriyyatı
redaktəMAU Nəşriyyatı (CEU Press) Mərkəzi və Şərqi Avropada ingilisdilli ən böyük nəşriyyatdır. 1993-cü ildə yaradılmasından bu vaxta qədər iqtisadiyyat, sosial, regionda siyasi dəyişikliklər barədə kitabların nəşrinə əvəzsiz töhfə verib.[12]
Qəbul qaydaları
redaktəTələb olunan sənədlər
redaktəUniversitetə qəbul qaydaları bir çox Avropa və Amerika universitetlərinə qəbul qaydaları ilə oxşardır. Bütün departamentlərə qəbul zamanı aşağıdakı sənədlər tələb olunur:[24]
- MAU-nun onlayn ərizə formasını doldurmaq;
- Tövsiyə məktubları;
- Akademik göstəriciləri göstərən sənəd (transkript);
- CV və ya rezume (əgər nəşr olunmuş yazılar varsa, daxil etməli);
- Departament və ya proqram üçün müəyyən olunmuş xüsusi tələblər (niyyət məktubu, tədqiqat təklifi, əlavə testlər, esse, riyaziyyat imtahanı, yazı qabiliyyəti imtahanı və s. formada ola bilər);
- İngilis dilini biliyini göstərən sənədlər (TOEFL, IELTS və s.).
Qeyd edək ki, qəbul şərtləri departamentlər və proqramlar üzrə fərqlənir.[25]
Təqaüdlər və maliyyə dəstəyi
redaktəUniversitetdə təhsil haqları kifayət qədər yüksəkdir,[26] lakin qəbul zamanı təqdim edilmiş sənədlərə və imtahanların nəticələrinə əsasən Mərkəzi Avropa Universiteti əksər tələbələrinə müxtəlif növ təqaüdlər və maliyyə yardımları edir.[27] Çoxillik proqramlarda oxuyan tələbələrin il ərzində göstəricilərinə əsasən həvəsləndirilmə məqsədi ilə növbəti ildə daha artıq təqaüd qazanmaq imkanı var. Universitetdə "Məzun təqaüdü" proqramı da var. Bu təqaüdə əsasən MAU-nun məzunlarının öz universitetlərinə ödədiyi ianələr hər il toplanaraq bir neçə tələbənin təhsilinə xərclənir. Bu təqaüdlərə müraciət etmək üçün MAU-nun onlayn ərizə formasında müvafiq məlumatları doldurmaq tələb olunur. Həmçinin universitet tələbələri universitetdənkənar təqaüd proqramlarına da sənəd verə bilərlər.[28] Qeyd edək ki, təqaüdlərə seçim şərtləri departamentlər və proqramlar üzrə müxtəlifdir.[29]
2011-2012-ci tədris ilində 153 tələbə MAU-nun təhsil haqlarından tamamilə, 5 tələbə isə təhsil haqqının bir hissəsindən azaddır. Bu tələbələrin 123 nəfəri isə tam və ya müəyyən qədər təqaüdlə də təmin olunurlar.[12]
Dünyada məşhur olan əməkdaşlarından bəziləri
redaktə- Zoltan Illeş, Ətraf mühit elmləri və siyasəti, Ətraf Mühit üzrə Dövlət Katibi;
- Steven Plaut, İqtisadiyyat, Siyasi elmlər və Beynəlxalq münasibətlər;
- Peter Balaj, Beynəlxalq münasibətlər, Macarıstanın keçmiş Xarici İşlər Naziri;
- Şlomo Avineri, Siyasi elmlər;
- Jacek Rostovski, İqtisadiyyat, Polşanın Maliyyə Naziri;
- Əziz Əl-Əzmeh, Şərq tədqiqatları;
- Layoş Bokroş, İctimai siyasət, Macarıstanın keçmiş Maliyyə Naziri;
- Andraş Bozoki, Siyasi elmlər, sociologist, politoloq, Macarıstanın Mədəniyyət Naziri;
- Vai Chee Dimok, İngilis və Amerikan tədqiqatları;
- Cole Durham, Hüquq;
- Diana Ürge-Vorsatz, Ətraf mühit elmləri, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun üzvü;
- Yehuda Elkana, Elm tarixi;
- Susanne Baer, 2010-cu ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsinə seçilib;
- Allen Feldman, Mədəni antropologiya;
- Patrik Geary, Tarix;
- Ernest Gelner, Fəlsəfə və Sosial antropologiya;
- Herbert Gintis, İqtisadiyyat;
- Gabriel Gorodetski, Rus tədqiqatları;
- Peter Hanak, Tarix;
- Elemer Hankis, Sosiologiya;
- Donald Horovitz, Hüquq və Siyasi elmlər;
- Yulius Horvat, İqtisadiyyat;
- Con Doyle Klier, Tarix;
- Don Kalb, Sosiologiya və sosial antropologiya;
- Yanoş Kiş, Siyasi fəlsəfə;
- Yanoş Kornai, İqtisadiyyat;
- Vil Kimlika, Siyasi nəzəriyyə;
- Maykl Miller (akademik), Nasionalizm tədqiqatları;
- Viktor Osiatinski, Hüquq;
- Anton Pelinka, Siyasi elmlər;
- İştvan Perçel, Orta əsrlərin tədqiqatları;
- Alfred Rieber, Tarix;
- Hovard Robinson, Fəlsəfə;
- Maykl Roes, Fəlsəfə və antropologiya;
- Robert Sauer, İqtisadiyyat;
- Diane Stoun, İctimai siyasət;
- Tibor Varady, Hüquq;
- Ugo Pagano, İqtisadiyyat.
Görkəmli məzunlarından bəziləri
redaktə- Lívia Járóka, Macarıstanlı rumın siyasətçi, Avropa Parlamentinin üzvü;
- Monica Macovei, Rumıniyanın Ədliyyə Naziri;
- Darko Angelov, makedoniyalı diplomat, Macarıstanda səfir;
- Mailis Reps, Estoniyanın Təhsil və Tədqiqat Naziri;
- Anna Brzezińska, Polyak yazıçı;
- Ruxandra Cesereanu, Rumın şair, novelist və ədəbi tənqidçi;
- Srđan Cvijić, Serb politoloq;
- Romaniţa Iordache, Rumın İnsan haqları aktivisti;
- Jasna Koteska, makedoniyalı yazıçı və psixoanalist;
- Sorin Ionita, Rumıniya Akademik Cəmiyyətinin Tədqiqat Direktoru;
- Andrei Oişteanu, rumın tarixçi və etnologist;
- Tivadar Magyari, Rumıniyanın Babes-Bolyai Universitetinin prorektoru;
- İlqar Məmmədov, bloqqer, siyasətçi, Respublikaçı Alternativ hərəkatının yaradıcılarından biri və sədri;
- Giorgi Marqvelaşvili, Gürcüstanın 2013-cü ildə seçilmiş prezidentı.
Digər fəaliyyətləri
redaktəMərkəzi Avropa Universiteti tədris proqramları ilə bərabər beynəlxalq səviyyəli tədbirlər keçirirək həyatın bütün sahələrində azadlığı təbliğ edir. 2010-cu ilin 20-22 sentyabrında bu universitetin Google ilə birgə keçirdiyi "Azadlıqda İnternet 2010" adlı tədbir bütün dünyanın diqqətini çəkib.[30]
Universitetdə 100-dən çox ölkədən 1600-ə yaxın tələbə təhsil alır, 30-dan çox ölkədən olan 300-ə yaxın personal işlədiyir[31]. Bu səbəbdən universitet mədəniyyətlərarası dialoqa geniş diqqət ayırır. Buna görə hər il Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. 2011-ci ildə keçirilmiş bu festivalda Azərbaycan da təmsil olunub.[32]
Bəzi faktlar və rəqəmlər
redaktəHazırkı icması
redaktə- 7,748 məzun;
- 1,541 tələbə;
- 96 ölkədən tələbə;
- 899 magistratura oxuyan tələbə;
- 409 doktorluq oxuyan tələbə;
- 159 bakalavr oxuyan tələbə;
- 74 qeyri-dərəcə proqramları tələbəsi;
- 305 fakültə üzvü (daimi və səfər edən);
- 30 ölkədən fakültə üzvləri.[2]
Akademik göstəriciləri
redaktə- 13 departament və MAU Biznes Məktəbi[33];
- 13 tədqiqat mərkəzi[34];
- 30 magistratura proqramı;
- 11 doktorantura proqramı;
- 2 bakalavr proqramı.[35]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Ceu.hu – Welcome from the President and Rector". 2012-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ 1 2 "Ceu.hu – Facts and figures". 2011-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu -John Shattuck Commences Term as New CEU President and Rector". 2011-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu – Mission and History". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Bard College: About CEU and Budapest". 2008-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Ceu.hu – Accreditation". 2012-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Central European University – Programs". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-19.
- ↑ "Ceu.hu – Programs for Faculty and Professionals". 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Special Projects Office". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "CEU Summer University". 2010-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
- ↑ "Curriculum Resource Center". 2011-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ 1 2 3 4 "Central European University - Contributions to Hungary" (PDF). 2015-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-03-03.
- ↑ "CEU Library Webpage: Mission Statement". 2008-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-20.
- ↑ "New QS World University Rankings by Subject 2011 Politicals and International Studies". 2015-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "New QS World University Rankings by Subject 2011 Philosphy". 2011-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "New QS World University Rankings by Subject 2011 Sociology". 2011-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Topuniversities.com - Central European University". 2011-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
- ↑ "Excellence Group: Political Science". 2010-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "CEU Ranked Before Oxford, Corvinus Ranked Before the University of Vienna". 2010-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Arxivlənmiş surət". 2012-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Global 200 Top Business Schools Report 2010". 2010-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Top Business Schools in Europe". 2012-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Central European University Business School is viewed as the most popular business school in Central Europe (including Germany and Austria) by international and regional employers, according to the 2010/11 results of QS TOPMBA.com research". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Ceu.hu – How to apply". 2013-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu – Admissions Requirements". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu – Tuition and fees". 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Telebe.az – Rəşad Mehbaliyev: "Təsəvvür edə bilmirəm ki, orada müəllimə necə rüşvət vermək olar"". 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-17.
- ↑ "Ceu.hu – Financial Aid". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu – Eligibility for financial aids". 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
- ↑ "Study in Hungary – Central European University". 2011-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Rəşad Mehbaliyev, Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında azərbaycanlı tələbələr də iştirak ediblər – FOTO". 2011-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
- ↑ "MAU Biznes Məktəbinin veb saytı". 2015-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ "Ceu.hu – CEU Research Centers". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
- ↑ "Ceu.hu – Schools and Departments". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.