Riversayd Muzeyi - Wikipedia
Riversayd Muzeyi - Wikipedia - Haqqında Məlumat
Riversayd Muzeyi (ing. Riverside Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. Muzey Klayd çayının sahilində yerləşir və həm şəhər, həm də çay tərəfindən muzeyə giriş var.[4]
Riversayd Muzeyi | |
---|---|
ing. Riverside Museum | |
Əsası qoyulub | 2011 |
Açılış tarixi | 2011 |
Mövzu | Nəqliyyat və səyahət |
Ölkə | |
Yerləşir | Qlazqo, Böyük Britaniya |
Kolleksiyası | 3 000 ədəd |
Ziyarətçi sayı |
|
Bilet | Pulsuz |
55°51′54″ şm. e. 4°18′23″ q. u.HGYO | |
Muzeyin saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRiversayd Muzeyi 2013-cü ildə 41 iştirakçı muzey arasında “Avropada ilin muzeyi” müsabiqəsinin əsas mükafatını almışdır.[5]
Dizayn və tikintisi
redaktəZaha Hadidin rəhbərlik etdiyi “Zaha Hadid Architects” şirkəti muzeyi 2011-ci ildə tikmişdir.[4] Hündürlüyü 36 metr olan şüşəli fasad binasında 3 min eksponata malik nəqliyyat muzeyi fəaliyyət göstərir.[4] Binanın ziqzaqvari damı xüsusi sink panellərdən hazırlanıb.[4]
Kolleksiyalar
redaktəMuzey eksponatları arasında xüsusi stenddə bərkidilmiş, müxtəlif illərdə hazırlanmış velosipedlər var.[6]
Qalereya
redaktə-
Velisoped kolleksiyası
-
Muzeyin girişi
-
Qlazqo tramvayı
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
- ↑ Visits made in 2015 to visitor attractions in membership with ALVA.
- ↑ 1 2 3 4 "Zaha Hadid's Riverside Museum". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "Qobustan muzeyi "Avropada ilin muzeyi" müsabiqəsinin mükafatı ilə təltif olunub FOTO". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "Zaha Hadid's Riverside Museum: All aboard!". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.