Rizvan Abasov - Wikipedia
Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi.[1]
Rizvan Abasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | 3 övlad |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | neftçi, inşaatçı |
Həyatı
redaktəRizvan Fərman oğlu Abasov 23 noyabr 1958-ci ildə Puşkin rayonunun Təzəkənd kəndində anadan olmuş və 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil almışdır. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olmuşdur. 1980-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil omuş və oranı 1986-cı ildə mühəndis-hidrotexnik ixtisası ilə bitirmişdir.
1986-cı ildən "Xəzərdənizneftqaztikinti" trestinin 3 saylı tikinti qurşdırma idarəsində işə başlamış və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində işləmişdir. 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2006-cı ilin fevral ayına kimi trestin baş mühəndisi və müdiri vəzifələrində işləmişdir.
2006-cı ilin fevral ayından ömrünün sonunadək "Neftqaztikinti" trestinin müdiri vəzifəsində çalışmışdır. Elmi-tədqiqat islərinin yerinə yetirilməsində iştirak edirdi, 2 elmi əsərin müəllifi idi.
Dövlət əhəmiyyətli "Bakı-Supsa" neft kəmərinin, "Çıraq-Səngəçal" sualtı qaz saxlama anbarı, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsi, kompressor stansiyası "Azərtrans Terminalı və Səngəçal Terminalı arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyası, "Saquramo-Qırmızı körpü" magistral qaz kəmərinin Qardabani-Navtludi sahəsində bərpa işlərinin aparılmasında və digər obyektlərin tikintisində, fəal iştirak etmişdir. Son zamanlar onun rəhbərliyi ilə Respublikada qeyd olunan obyektlərin dünya standartlarına uyğun yeni texnologiyalar gətirilməsini təmin etmişdir.
Ailəli idi. 3 övladı var. Azərbaycan Respublikasının əməkdar mühəndisi idi.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə avtomobil qəzasında dünyasını dəyişib.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (azertag.az) 18.09.2008". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31.
- ↑ "Ölümsüzləşmək, əbədiyyətə qovuşmaq..." ikisahil.az (az.). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
Xarici keçidlər
redaktə- Bəxtiyar Qaraca. İşıqlı xatirələrdə yaşayır. "Azərbaycan", 18 may 2014, s.7.
- Ильгар Мамедли. Морские строители провели субботник. "Вышка", №15, 18.04.2008
- Azərbaycanın əməkdar mühəndisi, mərhum Rizvan Abasova həsr olunmuş "Həyat hekayələri — Rizvan Abasov" sənədli filminin təqdimat mərasimi keçirildi (bilesuvar-ih.gov.az)
- http://www.anl.az/down/meqale/iki_sahil/iki_sahil_noyabr2009/96839.htm
- http://www.wikiwand.com/az/Azərbaycan_Respublikasının_əməkdar_mühəndislərinin_siyahısı
- http://www.e-qanun.az/framework/15413
- https://azertag.az/xeber/AZARBAYCAN_MEMARLIQ_VA_INSAAT_UNIVERSITETI_ILA_ARDNS_NIN_NEFTQAZTIKINTI_TRESTI_ARASINDA_PROTOKOL_IMZALANMISDIR-460125
- http://news.lent.az/news/8806[ölü keçid]
- https://ru.sputnik.az/news/20070314/41673799.html[ölü keçid]
- https://www.trend.az/business/energy/771377.html
- https://news.day.az/oilgas/73554.html
- http://socar.az/1791-news-view-az.html Arxivləşdirilib 2009-11-23 at the Wayback Machine