Roanoke Koloniyasi - Wikipedia
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır.
Arxa plan
redaktə1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır. Bu addımdan sonra Volter Raliyə Şimali Amerikada koloniya yaratamaq üçün 10 illik icazə verilmişdir. Bu müddət ərzində koloniya yaradılmacağı təqdirdə icazənin ləğv ediləcəyi elan edilmişdir. İmperiya təşkil ediləcək yeni koloniya ilə əsas düşmənləri olan ispanlarla qarşı mübarizə aparmağı planlaşdırmışdı. Dənizdə və Avropa ətrafında yerləşən adalarda daha güclü olsan İspaniya imperiyası dəniz ağalığında rəqiblərini qabaqlaqmaqda idilər.
İlk mühacir qrupu
redaktə1585-ci ilin aprel ayında yalnız kişilərdən təşkil edilmiş ilk mühacir qrupu Şimali Amerikaya yola salındı. Qrupa daxil olan şəxslərin çoxu İrlandiyada ingilis hakimiyyətinin yaradılması üçün aparılan müharibələrdə iştirak etmiş keçmiş əsgərlər idi. Qrupun rəhbəri olan Ricard Grenvilə bölgə ilə bağlı ilkin araşdırmalar apardıqdan sonra yenidən Avropaya qayıtmaq tapşırığı verilmişdir. 29 iyul tarixində mühacirlər Amerika sahillərinə çatdılar. Gəmilərindən birinin qayalara çırpılması ilə qida ehtiyatının yarısının itirilməsi mühacirlər arasında ruh düşgünlüyünə səbəb oldu. Buna baxmayaraq qısa zamanda ərazinin öyrənilməsinə başlanıldı. Grenvil əsas yerli əhalinin sayını və yaşadığı əraziləri öyrənməkdə maraqlı idi. Sahil ərazilərində yaşayan Akwakogok kəndinin sakinləri ingilislərlə təmasa keçən ilk Şimali Amerika yerlilərindən hesab olunurlar.
Qəbilə ilə əvvəlcə müsbət münasibətlər yaradılsada, bir müddətdən sonra mühacirlər yerliləri onlara məxsus qızıl və gümüş fincanları oğurlamaqda ittiham edərək yerlilərin kəndlərinə ov vurdular. Qəbilə başçısı və yerlilər baş verən yanğında həlak oldu. Grenvil baş vermiş hadisəyə və ərzaq ehtiyatının az olmasına baxmayaraq 1586-cı ilin aprel ayında daha çox insan və qida ilə qayıdacağına söz verərək 75 nəfəri Roanok adasının şimal ucunda tərk edərək ərazidən ayrıldı. Grenvil yeni koloniyalar qurmaq və kömək gətirmək adı ilə getmişdi. Ərazidə rəhbərləri tərəfindən tərk edilən mühacirlər yerli əhali ilə gərgin münasibətləri, ərzaq çatışmazlığı və Grenvilin vəd etdiyi zamanda gəlib çıxmaması səbəbindən ərazidən çıxıb getmək arzusunda idilər.
Mühacir qrupu Karib hövzəsində apardığı uğurlu səfərlərinin ardından ölkəsinə qayıtmaqda olan Frensis Dreykin dəstəsi ilə qarşılaşdı. Dreyk mühacirlərə onlarla birlikdə qayıtmağa icazə verdi və beləliklə Şimali Amerikaya göndərilmiş ilk mühacir qrupu yenidən ölkələrinə geri döndülər. Qrenvil bu hadisənin üzərindən iki həftə keçəndən sonra Amerikaya qayıtdı və koloniyası tərk edilmiş halda aşkarladı. Ada da ingilis varlığının və Volterə kraliça tərəfindən verilən koloniya yaratma icazəsini davam etdirmək üçün Qrenvil 15 nəfərlik bir qrupu ada da qoyaraq özü İngiltərə qayıtmaq qərarı vermişdir.
İkinci mühacir qrupu
redaktəRaliy 1587-ci ildə ikinci mühacir qrupunu göndərdi. 121 nəfərdən ibarət olan bu qrupun rəhbərliyini Raliyin yaxın dostu, dənizçi və rəssam olan Con Vayt etməkdə idi. Qrup ilk öncə Qrenvil tərəfindən ərazidə ingilis ağalığını göstərmək üçün bıraxılan 15 nəfərlik qrupu tapmaqlı idi. Aparılan axtarışlar zamanı bir nəfərin sümüklərindən başqa heç kimin izinə rast gəlinmədi. Yerli qəbilərdən birinin nümayəndəsi ikinci mühacir qrupunun rəhbərlərinə ərazidə bıraxılan 15 nəfərlik qrupun hücuma məruz qaldığını bildirdi. Əldə olunan məlumatlara əsasən 15 nəfərdən 6 nəfəri baş verən hücumda öldürmüşdü, 9 nəfər isə kiçik gəmi vasitəsi ilə ərazidən uzaqlaşmağı baçarmışdı.
Mühacirlər 1587-ci ilin 22 iyul tarixində Roanok adasına gəldilər. Qrup rəhbərinin qızı 18 avqust tarixində qız övladını dünyaya gətirdi. Doğulan qız Virciniya Deyr Şimali Amerikada doğulan ilk ingilis olaraq tarixə keçmişdir. Vaytın bütün cəhtlərinə baxmayaraq yerli əhali olan gərgin münasibətlər normallaşdırıla bilmədi. Daha əvvəlki qrupun etdikləri Şimali Amerikanın şərq sahillərində yaşayan yerlilər arasında yayılmışdı. Həyatlarının təhlükədə olduğundan nigaran qalan mühacirlər Vaytı İngiltərə qayıdıb özü ilə birlikdə kömək birlikləri gətirməyə razı sala bildi. Vayt 116 nəfərlik qrupu Amerika sahillərində bıraxaraq Avropaya tərəf istiqamət aldı. Nəvəsi Virciniya Deyrdə ada da qalanların arasında idi.
Qış aylarında gəmi ilə Atlantik okeanında hərəkət etmənin cətinliyi, ispanlarla aparılan müharibələr və gəmilərdə baş verən üsyanlar səbəbindən Vaytın Şimali Amerikaya geri qayıtması 2 ildən sonra mümkün oldu. Con Vayt 1590-cı ilin 18 avqust tarixində adaya geri qayıtmağı bacardı, ancaq koloniyanın hər hansısa bir izinə rast gəlmədi. Ətraflı axtarışlara baxmayaraq mühacirlərin heç bir izi aşkarlanmadı. Təxmini olaraq 90 kişi, 17 qadın və 11 uşaqdan ibarət olan ikinci mühacir qrupu arxalarında heç bir iz bıraxmadan itkin düşmüşdür. Axtarışın faydasız olduğunu anlayan Vayt səhərisi gün ərazini tərk etdi.
Kolonistlərin itkin düşməsi
redaktəKolonistlərin itkin düşməsi ilə bağlı müxtəlif iddialar mövcuddur. İddialara görə ada əhalisi daha əlverişli olan daxili ərazilərə doğru hərəkət etmiş və burada yerli əhali ilə qaynayıb-qarışmışdır. Bu iddianı illər sonra Şimali Amerikada yaşayan bəzi qəbilərdə ingilis olan şəxslərə rast gəlinməsi gücləndirməkdədir. Bununla yanaşı mühacirlərin ada da gözləməkdən ümidlərini üzdükləri, İngiltərə qayıtmaq üçün gəmi hazırladıqları və gəminin yolda olarkən dalğalara tap gətirməyib batdığı da iddia olunur. Arxeloloq Laurens Stager mühacirlərin yerli kanniballar tərəfindən öldürüldüyünü iddia etmişdir.
Mühacirlərin ispanlar tərəfindən öldürülməsi iddiası da mövcuddur. İddianı gücləndirən əsas versiya kimi ispanların daha öncə Şimali Amerikada yerləşən bir fransız koloniyasını məhv etməkləri göstərilir. İddianı zəiflədən cəhət isə Vaytın koloniyaın itkin düşməsini elan edəndən 10 il sonra belə koloniya və sakinlərinin ispanlar tərəfindən axtarılmasıdır. Bütün iddialara baxmayaraq bu gün belə koloniyada yaşamış insanların başına hansı hadisənin gəldiyi öz qeyri-müəyyənliyini qoruyur.
Ədəbiyyat
redaktə- Hariot, Thomas, John White and John Lawson. A Vocabulary of Roanoke. Evolution Publishing: Merchantville, NJ. 1999. ISBN 1-889758-81-7. This volume contains practically everything known about the Croatan language spoken on Roanoke Island.
- Miller, Lee, Roanoke: Solving the Mystery of the Lost Colony Retrieved April 2011
- Giles Milton. Big Chief Elizabeth. Farrar, Straus and Giroux: New York. 2000. ISBN 0-374-26501-1. Critically acclaimed account, based on contemporary travel accounts from 1497–1611, of attempts to establish a colony in the Roanoke area. Milton is also the author of the 2013 children's fictional work, Children of the Wild, which tells the story of the colony through the eyes of four English children.