Ronqbuk Buzlagi - Wikipedia
Rongbuk buzlağı ( çin s. 绒布冰川, ə. 絨布冰川, pinyin:Róngbù Bīngchuān ) cənubi Tibetdə Himalay dağlarında yerləşir. Şərqi Ronqbuk buzlağı və Qərbi Ronqbuk buzlaqı əsas Ronqbuk buzlağına axır. Ronqbuk buzlağı şimaldan axır və Everest dağının şimalındakı Ronqbuk Vadisini meydana gətirir. Məşhur Ronqbuk Monastrı Ronqbuk vadisinin şimal ucunda yerləşir. Everest dağı Ronqbuk buzlağının və Şərqi Ronqbuk buzlağının mənbəyidir.
Ronqbuk buzlağı | |
---|---|
Yerləşməsi | |
28°06′07″ şm. e. 86°51′55″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəşfi
redaktəİngilis alpinist Corc Mallori, 1921-ci ildə ilk İngilis Everest kəşf ekspedisiyası boyunca Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Ronqbuk Vadisini və onun buzlaqlarını araşdırırdı.
Eyni ekspedisiyada Oliver Veeler əvvəlcə Şərqi Ronqbuk buzlağını tədqiq etdi. Lhakpa La keçidinin altındakı kəşfiyyatı 3 Avqust 1921-ci ildə Şərqi Ronqbuk Vadisinin Everest zirvəsinə gedən yolun açarı olduğu fikrinə gətirib çıxardı.[1] Bir neçə həftə sonra Corc Mallori, Gay Bullok və Oliver Veeler Lhakpa La keçidi ilə dərənin başını araşdırdılar və Everestin Şimal Aşırımına çatan və yamaclarına ayaq basan ilk insanlar oldular.[2][3]
Everestə yol
redaktəTibetdən normal marşrutla keçməyə çalışan dırmaşma ekspedisiyaları bu buzlaqdan istifadə edərək Şərqi Ronqbuk buzlağının yuxarı ucundakı Everest dağının inkişaf etmiş bazası olan Şimal Baza düşərgəsinə çatırlar. Oradan, dırmaşan ekspedisiyalar Everestə Şimal Aşırımı və şimal-şərq silsiləsi ilə qalxmağa çalışırlar.[4]
Ətraf mühit
redaktəAmerikalı alpinist və rejissor Devid Breşers qlobal iqlim dəyişikliyi səbəbiylə Ronqbuk buzlağının 2007-ci ildən bəri sürətlə əridiyini bildirdi. Breşersin "GlacierWorks" layihəsi [5] Asiya Cəmiyyəti və MediaStorm ilə ortaq olaraq fotoşəkilləri internetə təqdim etdi. 80 ildə Ronqbuk Buzlağı hər biri təxminən Azadlıq heykəli ölçüsündə olan 300-də çox şaquli buz bloku itirmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Wade Davis - Into the silence, Vintage Books, London, 2012.
- ↑ Eric Simonson, Jochen Hemmleb, and Larry Johnson. "Outside Online Archives". OutsideOnline.com. 8 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-30.
- ↑ "Expedition to rewrite Everest history". BBC News. 1999-03-24. 2012-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-30.
- ↑ "NOVA Online – Everest – Climb North – East Rongbuk Glacier". www.pbs.org. 2009-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-30.
- ↑ "GlacierWorks". www.glacierworks.org. 30 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2018.
-
Ronqbuk Buzlağının illər ərzində dəyişimi
-
Ronqbuk Vadisindən Everestin fotosu