Ruhi Institutu - Wikipedia
Ruhi Institutu - Wikipedia - Haqqında Məlumat
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir.
İlk silsilə kurslar 7 kitabdan ibarətdir
- Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər.
- İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər.
- Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər.
- Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
- Beşinci kitab Yeniyetmələrin ruhani tərbiyəsinə həsr olunub. Bu kitabda iştirakçılar yeniyetmə dövrünün bəzi xüsusiyyətləri və xüsusi tələbatı haqqında bilgi alır, qabiliyyətlərini inkişaf etdirərək gələcək sivilizasiyanın fəal hərəkətvericiləri olmaqda yeniyetmələrə kömək edərək yeniyetmə qrupları yaratmağı və aparmağı öyrənirlər.
- Altıncı kitab Təbliğə bir ruhani proses kimi baxmağa kömək edirvə başqalarının da onlara qoşulmağa və cəmiyyətin inkişafı prosesində iştiraka dəvət etmək qabiliyyətini inkişaf etdirməkdə kömək edir.
- Yeddinci kitab İlk silsilə kursların son kitabıdır. İştirakçılar burada özlərinin Ruhi kurslarını aparması üçün bilik əldə edirlər. Bu, başqalarını onların xidmətində necə müşayiət etməyə və onlarla birlikdə addımlamağa həsr olunub.