Rus Turk Muharibesi 1787 1792 - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
1787–1791-ci illər Osmanlı-Rus müharibəsi — Rusiya imperiyasının Avstriya və Osmanlı İmperiyası ilə apardığı müharibə.
Rusiya-Osmanlı müharibəsi | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.
Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi, lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi. Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Aleksandr Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi. 1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi. Avstriya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər. Belqradı ələ keçirən Avstriya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-cı ildə İsmayıl qalasını ələ keçirdi.
Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi. Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə 1791-ci ildə Yassıda Osmanlı ilə sülh bağladı.
- Sülhün şərtlərinə görə:
- Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi.
- Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.
- Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi.
- Osmanlı Krım haqqında iddialarından əl çəkdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi. Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi.
Ədəbiyyat
redaktə- Петров А. Н. Вторая турецкая война в царствование императрицы Екатерины II (в 2 томах). — СПб: 1880.
- Цебриков Р.М. Вокруг Очакова. 1788 г. (Дневник очевидца) / Сообщ. П.Ф. Бычков // Русская старина, 1895. – Т. 84. — № 9. — С. 147–212. Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine
- Этон В. Средство принудить турецкий флот удалиться с Черного моря и уничтожение гаваней на Архипелаге и Средиземном море / Сообщ. А. Туган-Мирза-Барановский // Русская старина, 1875. – Т. 13. — № 7. – С. 443–446. – Под загл.: Проект удаления турок с Черного моря. 1780-х гг. Arxivləşdirilib 2014-07-24 at the Wayback Machine
- Öğe M. Vak`a-i Hamidiyye Mehmet Sâdık Zâim-zâde (Tenkidli transkripsiyon). Yüksek lisans tezi. Balıkesir: Balıkesir Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2001. səh. VI+266.
- Kuzucu S. 1787-1792 Osmanlı-Rus Savaşı. Doktora tezi. Elazığ: Fırat Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2012. səh. XXII+215.
- Bayram Ü. F. Enverî târîhi: Üçüncü cild (Metin ve değerlendirme). Doktora tezi. İstanbul: İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2014. səh. XVI+1166.
- Öztürk İ. Mehmed Sâdık Za'imzâde Vakʿa-yı Hamidiyye (Giriş-metin-dizin). Yüksek lisans tezi. Erzincan: Erzincan Binali Yıldırım Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2019. səh. XIV+396.
Xarici keçidlər
redaktə- Vikianbarda Rusiya-Osmanlı müharibəsi (1787-1792) ilə əlaqəli mediafayllar var.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |