Sandra Aguilar Navarro - Wikipedia
Sandra Aguilar Navarro (d. 9 avqust 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Sandra Aguilar Navarro, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Sandra Aguilar Navarro | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Vətəndaşlığı | İspaniya | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | |||||||||||
Boyu | 167 sm | ||||||||||
Çəkisi | 50 kq | ||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəSandra Aguilar Navarro, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Sandra Aguilar Navarro, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Lordes Mohedano və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.