Sayad Zeynalov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci dünya müharibəsinin iştirakçısı.
Sayad bəy Zeynalov | |
---|---|
Zeynalov Sayad bəy Zeynalabdin oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Milliyyəti | azərbaycanlı |
Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci dünya müharibəsində "Dikaya diviziya"nın Tatar-Azərbaycan alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb:
"30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb."
1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914–1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur.
"Müqəddəs Georgi" ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı. Birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi:
"Əla xidmət və cəsurluğa görə". Odur ki, "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsinə yalnız "fövqəladə dərəcədə fərqlənən, xüsusi rəşadət, mərdlik, əla əsgəri rəşadət göstərən hərbi qulluqçular layiq görülürdülər".
1917-ci ildə vətənə qayıdan Səyad Zeynalov 1918-ci ildən Milli Orduda, əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin fəal iştirakçısı olub.
1920-ci il 28 aprel çevrilişindən sonra Qazax milis şöbəsinin rəisi ,"El yardımı komitəsi"nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə işləyib. 1937-ci ildə Müsavat zabiti kimi həbs olunub və sürgünə göndərilib. 1942-ci ildə sürgündə dünyasını dəyişib.