Seksual Inqilab - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat.
Seksual İnqilab | |
---|---|
Yer | Amerika |
Tarix | 1960-1980 |
Nəticə | - |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTermin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir.
20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi.
1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu proses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Z. Freydin psixi həyatla bağlı kəşfləri, dünyada bu prosesə keyfiyətcə yeni baxış tələbi qoydu. Freydo-marksizm nəzəriyəçiləri xüsusi ilə Herbert Markuze öz "Eros və Bəşəriyyət" əsərində marksizmin 19 əsrdə qaldırdığı və uğurla həll etdiyi sosial nəzəriyələrin, 20 əsr üçün yetərsizliyini qeyd edir. Burjua inqilablar dövrü üçün qayda olan termin və anlayışlar 20 əsr cəmiyətlərində öz ilkin dəyərini və səslənməsini itirdilər. Freydin insanın fərd kimi hərəkətlərini seksual motivasiyalı olduğunu iddia edirdi. O insanın həm filoqienetik həm də ontoqenetik müstəvilərdə yaranmasını və inkişafını seksual enerjinin tarixi transformasiyası ilə əsaslandırdı. Markuze Freydin fərdi psixi nəzəriyəsini sosial məzmunlu hesab edirdi.
İstənilən inqilabda olduğu kimi, seksual inqilabda da 80 illərdə əksinqilab dövrü başladı. Bu xeyli dərəcədə neokonservativ və neoliberal ideoloqiyaların revanşı ilə bağlı idi. Buna həm də 20 əsrin bəlası hesab edilən QİÇS təsir etdi.
Seksual inqlabın şüarları 1968 il Paris baharı hadisələrində ilk dəfə səslənməyə başladı. 2013 ildə Türkiyədə baş verən "Taksim Gezi Parkı" ilə bağlı etirazlarda da bu şüarlar yenə gündəmə gəldi. Bu dinin siyasi sistemin mənəvi alətinə çevrilməsinə qarşı cəmiyətin bir reaksiyası idi.