Sergey Sokolov Herbci - Wikipedia
Sergey Leonidoviç Sokolov (1 iyul 1911[1][2], Evpatoriya, Tavriya quberniyası[d][4] – 31 avqust 2012[3][2], Moskva) — Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980). SSRİ Müdafiə Naziri (1984–1987). Böyük Vətən müharibəsinin iştirakçısı. 1992–2012-ci illərdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında məsləhətçi.
Sergey Sokolov | |
---|---|
rus. Сергѐй Леонѝдович Соколо̀в | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1911[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 avqust 2012[3][2] (101 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Sovet Ordusu, tank qoşunları[d] |
Xidmət illəri | 1932-ci ildən |
Rütbəsi | Sovet İttifaqı Marşalı |
Komandanlıq edib | |
Döyüşlər |
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlıq və gənclik illəri
redaktəSergey Leonidoviç Sokolov 18 iyun (1 iyul) 1911-ci ildə Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki KrımRespublikası) qulluqçu ailəsində anadan olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köşmüş və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçmişdir. 1927-ci ildə O, 9 illik məktəbi bitirmişdir. Əmək fəaliyyətinə istehlak cəmiyyətində qab-qacaq qablaşdırıcısı kimi başlamış, sonra məsul komsomol işinə keçirilmişdir.
S.Sokolov 1932-ci ildə Qızıl Ordu sıralarına daxil olmuşdur. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanmışdır. Qəbul imtahanlarını müvəffəqiyyətlə verən S.Sokolov 1932–1934-cü illərdə bu məktəbin kursantı olmuş, vzvoda və rotaya komandirlik etmişdir. Ordu hazırlığını əla qiymətlərlə başa vuran S.Sokolov Uzaq Şərqə tank qoşunlarında hərbi xidmətə göndərilmiş, burada vzvod, pota və batalyon komandiri vəzifələrində işləşişdir. O, tank rotasının komandiri kimi 1938-ci ildə Xasan gölü ətrafındakı döyüşlərin iştirakçısı olmuşdur.
Böyük Vətən müharibəsi illərində
redaktəS.Sokolov Böyük Vətən Müharibəsi dövründə — 1941-ci ilin iyun-sentyabr aylarında tank alayının ştab rəisi kimi Qərb cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1941-ci ilin oktyabrından Fəhlə-Kəndli Qızıl Ordusunun Avtozirehli tank idarəsi rəisinin böyük köməkçisi, 1942-ci ilin iyun ayından bu idarədə ştab rəisi, 1943-cü ilin yanvar ayından 1944-cü ilin mart ayınadək Karel cəbhəsinin zirehli tank və mexanikləşdirilmiş qoşunlarını İdarəetmə komandanlığının ştab rəisi olmuşdur.
Müharibədən sonrakı xidmət
redaktəS.Sokolov 1967-ci ildə SSRİ Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. O, 12 aprel 1967-ci ildə ordu generalı, 17 fevral 1978-ci ildə isə Sovet İttifaqı Marşalı rütbəsinə layiq görülmüşdür.
Sovet İttifaqı Qəhrəmanı, marşal Sergey Sokolov 1984–1987-ci illərdə SSRİ-nin müdafiə naziri postunu tutmuşdur.
Sergey Sokolov 1987-ci ildə alman pilot Matias Rustun idarə etdiyi kiçik təyyarə Moskvanın Qızıl Meydanına icazəsiz, maneəsiz endiyinə görə vəzifədən azad olunmuşdu.
Sergey Sokolov 2012-ci ildə 101 yaşında vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 Sergei Leonidovich Sokolov // TracesOfWar.
- ↑ 1 2 3 4 Sergej Sokolow // Munzinger Personen (alm.).
- ↑ 1 2 Death of Sergey Leonidovich Sokolov, Minister of Defense of the Soviet Union (1984–1987) (rus.). Газета.Ru.
- ↑ 1 2 Соколов Сергей Леонидович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
redaktə- Marşal 102 yaşında vəfat etdi[ölü keçid]
- Соколов С. Л. Куценко А. Маршалы и Адмиралы флота Советского Союза. — Киев: Полиграфкнига, 2007.
- Соколов С.Л. Маршалы Советского Союза. Личные дела рассказывают. Институт военных историко-патриотических проблем и исследований. — М.: Любимая книга, 1996.
- Язов Д.Т. Маршал Соколов. — М.: "Молодая гвардия", 2009.
Xarici keçidlər
redaktə- Патриарх войсковой элиты. К 90-летию Маршала Советского Союза С. Л. Соколова
- Маршал Соколов награждён орденом "За заслуги перед Отечеством"
- Век маршала Соколова