Vasili Blyuxer - Wikipedia
Vasili Blyuxer | |
---|---|
rus. Васи́лий Константи́нович Блю́хер | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 noyabr (1 dekabr) 1890[1] |
Vəfat tarixi | 9 noyabr 1938[2][3][…] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tromboz |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Rusiya İmperator Ordusu, Qızıl Ordu |
Xidmət illəri | 1914-cü ildən |
Rütbəsi | Sovet İttifaqı Marşalı |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vasiliy Konstantinoviç Blyuxer ( Василий Константинович Блюхер; 1 dekabr 1889), Sovet İttifaqının marşalı.
Həyatı
redaktəI Dünya Müharibəsindən əvvəl Çar ordusuna qoşulmuş, müharibə zamanı kiçik zabit kimi xidmət etmişdir. 1916-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv olub. 1917-ci il noyabrın sonlarında Qırmızı Qvardiya komissarı olaraq kazak əksinqilabi Aleksandr Dutovun Çelyabinsk üsyanını dayandırmaq tapşırıldı.
1918-ci ildə komandir kimi Qırmızı Ordu sıralarına qatılıb. Vasili Blyuxer Rusiya Vətəndaş Müharibəsi illərində sayılıb seçilən görkəmli komandirlərdən olub. Çex Legionu üsyanı başlayandan sonra, 1918-ci ilin avqust-sentyabr aylarında komandanlığı altında olan 10 minlik Cənubi Ural Partizan Ordusu 40 gün davam edən davamlı toqquşmalarda 1500 əsgərini itirdi. O, kilometrlərlə irəliləyərək Ağ Ordunun arxasından hücuma keçdi. Bu uğurla o, 28 oktyabr 1918-ci ildə ilk Qırmızı Bayraq ordenini aldı. Daha sonra 51-ci Diviziya ilə Pyotr Wrangel qüvvələrinə qarşı bir sıra uğurlar qazandı. Vətəndaş müharibəsindən sonra 1924-1927-ci illər arasında Çində hərbi məsləhətçi vəzifəsinə təyin edildi.
1930-cu ilin sentyabrında Qırmızı Ulduz ordenini alan ilk şəxs oldu. 1935-ci ildə Sovet İttifaqının Marşalı oldu. Daha sonra Uzaq Şərq Cəbhəsinin komandanlığını öz üzərinə götürdü. O , Həsəngölü döyüşü zamanı qeyri-adekvat komandanlıqda ittiham olunur və 22 oktyabr 1938-ci ildə həbs edilir. 1938-ci il noyabrın 9-da Moskvanın Lefortovo həbsxanasında işgəncələrə məruz qalaraq öldürülüb. Bir mənbəyə görə o, Stalinin göstərişi ilə edam edilib.[4][5]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ Bibliothèque nationale de France Vasilij Konstantinovič Blûher // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Wassilij Blücher // Munzinger Personen (alm.).
- ↑ Roy Medvedev, Let History Judge, 1971
- ↑ "Блюхер Василий Константинович". 5 Mayıs 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Ekim 2010.