Sevil Film 1929 - Wikipedia
Bu məqalə "Sevil" filmi (1929) haqqındadır. Digər mənalar üçün Sevil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Sevil — 1929-cu ildə çəkilmiş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[2].
Sevil | |
---|---|
Fayl:Sevil (film, 1929).jpg | |
Janr | dram |
Rejissor | Aleksandr Bek-Nazarov |
Əsərin müəllifi | Cəfər Cabbarlı |
Ssenari müəllifləri |
Cəfər Cabbarlı Qriqori Braginski |
Baş rollarda |
İzzət Oruczadə — Sevil Ağasadıq Gəraybəyli — Balaş Mustafa Mərdanov — Atakişi (Balaşın atası) Bella Beletskaya — Ədilə Cənnət — Gülüş A.İ. Bəzirganov — Əlibəy Lətif Səfərov— Gündüz Rüstəm Kazımov — Rüstəm bəy Əzizə Məmmədova — dayə Qasım Zeynalov — Babakişi (Sevilin atası) |
Operator | İvan Frolov |
Rəssam | Aleksandr S. Qonçarski |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 3 sentyabr 1929[1] |
Filmin digər adı | Azərbaycan qadını |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 67,5 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz (titrlər ruscadır) |
Texniki məlumatlar |
6 hissə 1914 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0499565 |
Məzmun
redaktə1919-cu il. Sevil (İzzət Oruczadə) savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın (Ağasadıq Gəraybəyli) buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır. Lakin yeni həyat Sevilin qurtuluş yolu olur. O, müstəqil həyata atılır... Film qadın azadlığı, məhdud dünyagörüşlü meşşanların, nadanların bu azadlığın yolunda əngəl olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən balaşları ifşa edir.
Film haqqında
redaktəFilm Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.
Sənəti aktrisa olmasa da bu film İzzət Oruczadənın kinoda ilk işidir. Həmçinin, İzzət Oruczadə Azərbaycanın ilk milli kinoaktrisalarından biridir.[3]
Film operator Əsgər İsmayılovun kinoda ilk addımıdır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Cəfər Cabbarlı
- Ssenari müəllifi: Cəfər Cabbarlı, Qriqori Braginski
- Rejissor: Aleksandr Bek-Nazarov
- Quruluşçu operator: İvan Frolov
- Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
- İkinci operator: Əsgər İsmayılov
- Rejissor assistenti: Qriqori Braginski
Rollarda
redaktə- İzzət Oruczadə — Sevil
- Ağasadıq Gəraybəyli — Balaş
- Mustafa Mərdanov — Atakişi (Balaşın atası)
- Bella Beletskaya — Ədilə
- Cənnət — Gülüş
- A.İ.Bəzirganov — Əlibəy
- Lətif Səfərov — Gündüz
- Rüstəm Kazımov — Rüstəm bəy
- Əzizə Məmmədova — dayə
- Qasım Zeynalov — Babakişi (Sevilin atası)
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ C.Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, 1960.- səh. 85.
Mənbə
redaktə- Газ. "Кино". 11 декабря 1928 года.
- Mikayıl Mikayılov. “O bizimlədir” //Ədəbiyyat.- 1935.- 2 yanvar.
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Məmməd Arif. Mübariz sənətkar. "C.Cabbarlı haqqında xatirələr". Bakı, 1960.- səh. 106.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40.
- Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Cəfər Cabbarlının arxivi, № 20, Q.26 (818).
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20; 242; 254.
- Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Zeynalova, A. "İlklərə imza atan xanım" (İ.M. Orucova haqqında) //Təhsil problemləri.- 2015.- 24-30 aprel.