Sianobakteriya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sianobakteriya (ing. Cyanobacteria) — fotosintetik bakteriyalardır. Rənglərindən ötürü göy-yaşıl yosunlar olaraq da adlandırılırlar.
Sianobakteriya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sianobakteriya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu yosunların hüceyrə quruluşu və nüvə aparatına görə prokariotlara aid olduğuna baxmayaraq, onlar yosun kimi yosunların arasında verilmişdir. Bu yosunları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlər dən biri onların qılafının daxili hissəsinin Murelindən ibarət olub Lizosimə həssaslığı, nüvə maddəsinin , hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondri və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onlarıprokariotlara daxil etməyə imkan verir.
Göy-yaşıl yosunlar əsasən cənub zonasının çöl və səhra torpaqlarında yayılıraq torpağın üst səthində dərivarı örtük əmələ gətirir. Onlar yer kürəsinin ən qədim fotoavtotrof orqanizmlərindən olub həyatın ilk orqanizmləri-canlıları hesab olunur. Torpaq həyatına uyğunlaşmış bu yosunlar iqlimin dəyişməsi-quraqlıqla əlaqədar onlar efemerdirlər. Rütubətlə əlaqədar sürətlə çoxalır, yayın quraqlığında və qışda sakit vəziyyətə keçirlər. Göy-yaşıl yosunlar müxtəlif torpaq tiplərində yayılmış bir hüceyrəli, koloniyal formalı , sap şəkilli və dəyişkən rəngdə ola bilirlər. Bu yosunlar adətən yayda sürətlə inkişaf edərək onun bozumtul-göy rəngdə görünməsinə səbəb olur və müəyyən müddətdən sonra sporlar əmələ gətirib tələf olurlar. Bu yosunlar üzvi maddələrlə zəngin , çirkli sularda daha sürətlə çoxalırlar. Onlarda avtotrof qidalanmadan əlavə miksotrof(qarışıq) qidalanmanın olduğu da məlumdur.
Göy-yaşıl yosunlar tək hüceyrəli və ya koloniyal formalı olub quruluşları digər yosunlarla müqayisədə çox sadədir. Sap formalı olanların hüceyrələri biri-birindən nazik, çox qatlı hüceyrə divarı-plazmodesma ilə ayrılır. Yosun zəncirinin üzərini trixoma adlanan selikli 4 qatlı hüceyrə qılafı əhatə edir ki, bu da polisaxarid, pektinli maddələr və mureindən ibarətdir. Göy-yaşıl yosunların sentroplazmasında nüvə maddəsi-DNT lokalizə olunub, lakin nüvə qlafı və nüvəciyi yoxdur ki, bu da onları bakteriyalara bənzədir, lakin fotosintez nəticəsində bitkilər kimi oksigen xaric edirlər. Onların fotosintezedici membranı-tilakoidlər periferik plazma-xromoplazmada yerləşir. Ona yaşıl rəng verən xlorofil "a" , narıncı karotin, göy fikosian, qırmızı-fikoeritrin piqmentləri, müxtəlif ksan tofillər və b olur. Onlarda piqmentlərin olması qamçılı stadiyanın olmaması bu orqanizmləri qırmızı yosunlarayaxınlaşdırsa da hüceyrə quruluşu və s. xüsusiyyətləri onlarıprokariotlara daxil etməyə imkan verir. Çoxalmaları təkhüceyrəlilərdə sadə, sap şəkillilərdə isə hormoqoniya, heterosista və akinetlərdə gedir. Torpaqda onlar geniş yayılmışlar və orada əsasən Chroococcus, Synechococ cus, Microcystis, Nostoc, Anabaena, Rivularia və s.cinslərinə təsadüf olunur. Atmosfer azotunu fiksə edən göy-yaşıl yosunların torpağı azotla zənginləşdirdiyini nəzərə alıb düyü əkilən sahələr həmin yosunlarla yoluxdurulur. Bu yosunlar amin turşuları, vitamin B12 və s.metabolitlər də əmələ gətirirlər.
Xəzərdə 203 növü var, onun 136 növünə dənizin qərb sahilində rast gəlinir. Şimali Xəzərin Volqa çayı tökülən hissəsində göy-yaşıl yosunların növ tərkibi çoxdur ki, bu da onların Volqa çayının suyu ilə gətirilməsi ilə izah olunur. Göy-yaşıl yosunların bəzi növləri suyun içindəki qayaların, daşların və hidrotexniki qurğuların üzərində yaşayırlar. Orta və Cənubi Xəzərdə onlara çox az rast gəlinir. Ümumiyyətlə, Xəzər dənizində şirin və şor təhər sularda yaşayan növlər üstünlük təşkil edirlər.
İstinadlar
redaktə- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
Xarici keçidlər
redaktə- Gillian Cribbs (1997) Nature’s Superfood, the Blue-Green Algae Revolution. Newleaf. ISBN 0-7522-0569-2
- Marshall Savage, (1992, 1994) The Millennial Project: Colonizing the Galaxy in Eight Easy Steps. Little, Brown. ISBN 0-316-77163-5
- Dyer, Betsey D. A Field Guide to Bacteria. Ithaca: Comstock Publishing Associates, 2003.
- "Архитекторы земной атмосферы" Введение в биологию цианобактерий Беркли. 03 Feb. 2006 .
- Обзор цианобактерий Arxivləşdirilib 2016-06-09 at the Wayback Machine
- Исследовательский сайт по цианобактериям