Sicim - Wikipedia
Sicim - Wikipedia - Haqqında Məlumat
Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar[1].
Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu [2]. Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.