Siluet - Wikipedia
Siluet - Wikipedia - Haqqında Məlumat
Siluet (fr. silhouette [1]), – bir insanın, heyvanın, əşyanın və ya mənzərənin tək rəngdə dolğun forma kimi təsviridir. Adətən qara rəngdə olur və açıq rəngli fon üzərində göstərilir. Siluet obyektin xətlərini göstərən konturdan fərqlənir; kontur yalnız xətləri əks etdirərkən, siluet bütöv və bərk bir forma kimi görünür.[2]
Adı, Étienne de Silhouette (1709–1767) adlı fransız siyasətçisinin adından gəlir. Bəzilərinə görə malikanəsinə dəvət etdiyi sanballı qonaqların siluetlərini asmaqla texnikanın dəb halına düşməsinə səbəb olduğu üçün, bəzilərinin fikrincə, bu şəxsin ölkə idarəçiliyin tətbiq etdiyi məhdud iqtisadi siyasətlərinə görə, daha sonralar daha ucuza başa gələn şəkillərə onu adi verilmişdir.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. |
İstinadlar
redaktə- ↑ Wells, John. Longman Pronunciation Dictionary (3rd). Pearson Longman. 3 April 2008. ISBN 978-1-4058-8118-0.
- ↑ McClard, Peggy. "History of Silhouette". www.PeggyMcClard.com. dekabr 5, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 12, 2011.