Sinqapur Cografiyasi - Wikipedia
Sinqapur - Cənub-Şərqi Asiyada yerləşən kiçik, yüksək urbanizasiyalaşmış ada-şəhər-dövlət. Sinqapur Malay yarımadasının cənub ucunda, Malayziya və İndoneziya arasında yerləşir. Adanın ümumi sahəsi - 719,1 km²-dir[1]. Sahil xətlərinin uzunluğu - 193 km-dir. Sinqapuru İndoneziyadan Sinqapur boğazı, Malayziyadan isə - Cohor boğazı ayırır.
Fiziki coğrafiya
redaktəSinqapur əsas hissəsi - Pulau Udzhong adasında yerləşir. Ada rombşəkkili formadadır. Əsas adadan başqa Sinqapur dövləti çoxsaylı kiçik adalara məxsusdur. Ən ucqar adası - Pedra Brancadır. Sinqapura aid kiçik adalardan ən böyük olanları Yurong, Pulau Tekong, Pulau Yubin və Sentosadır. Sinqapur ərazisinin əsas hissəsi dəniz səviyyəsindən 15 metr yuxarıda yerləşir. Sinqapurun ən yüksək nöqtəsi - Bukit Timah zirvəsidir[2]. 165 m hündürlükdə olan bu ərazi maqmatik süxurlardan və qranitdən ibarətdir. Adanın şimal-qərbindəki təpələr və dərələr çöküntü qaya süxurlardan təşkil olunub. Şimal-qərb və şərq hissəsi isə düz səthə malik olmaqla qum çöküntülərindən ibarətdir. Sinqqpurda heç bir təbii göl yoxdur. Lakin bir çox su anbarları mövcuddur ki, şəhərin içməli su ehtiyatını təmin edir.
Sinqapur planlı olaraq meliorasiya tədbirləri həyata keçirməklə öz ərazisini genişləndirir. Ölkənin ərazisi 1960-cı ildən 581 км²-dən 778 км²-ə çatmış. Proqnozlara görə, adanın sahəsi 2033-ci ildə daha 100 kvadrat kilometr arta bilər.
Geologiyası və təbii ehtiyatları
redaktəSinqapur adası seysmik və vulkanik fəaliyyətin məhsuludur. Bunu ərazidə rast gəlinən vulkanik süxurılar sübut edir. Ərazidə qranit süxurlar geniş yayılıb. Sinqapur ərazisində qabbro yada rast gəlinir. Çökmə süxurlara Sinqapurun qərb hissəsində rast gəlinir və qumdaşı, argillit və s-dən ibarətdir. Metamorfik süxurlar Sinqapurun şimal-şərq hissəsində, eləcə də Pulau Tekongu adasının şərq sahillərində yayılıb. Onlar əsasən kvarsitdən ibarətdir.
Sinqapur baxmayaraq ki, seysimik aktiv sınma zolağının yaxınlığında yerləşir, ancaq yetərincə təhlükəsiz bölgə hesab olunur. İndoneziyadan bir neçə yüz kilometr uzaqlıqda yerləşən adada nadir hallarda seysimik aktivlik qeydə alınır.
Sahil və dənizləri
redaktəSinqapurun ada dövləti olması və ətraf su hövzələrlə sıx əlaqəsi onu Asiyanın ən önəmli limanlarından birinə çevirmiş. Sinqapuru Cənubi-Çin dənizinin suları yuyur. Bundan başqa ərazini Malakka boğazı və Sinqapur boğazı cənubdan və qərbdən əhatə edir. Şərqdən və şimaldan isə Cohor boğazı vasitəsilə materikdən ayrılır.
Ən böyük körfəzləri — Cruise Bay və Marina Baydır. Böyük təbii laqunlar — East Lagoon, East Coast Lagoon, Dolphin Lagoon-dır. Ən böyük təbii havan (körfəz)— Keppel Harbour, Serangoon Harbour.
Sinqapurun iqlimi
redaktəSinqapur ekvatoradan 1 dərəcə şimalda yerləşir. Sinqapur Ekvatorial iqlimə malikdir. Dəniz coğrafi mövqeyə malik olması Sinqapurun iqlimi sabit temperatur və təzyiq, yüksək rütubət və yağışlarla ilə xarakterizə olunur. Orta illik yağıntı miqdarı 2340 mm-dir. Ən yüksək qeydə alınan yağıntı miqadarı - 512 mm (1978), 467 mm (1969) və 366 (2006 19 dekabr)[3]. Gün ərzində temperatur 23 dən 33 dərəcə arasında dəyişir. May ilin ən isti ayı, ikinci ən yüksək orta aylıq temperatur apreldə olur. Səbəb bu dövrdə demək olar ki, heç bir küləklərin əsməməsidir. Ən yüksək temperatur - 37,8 °C 1998-ci ilin 28 martında qeydə alınıb[4].Ən aşağı temperatur - 18,4 °C, 31 yanvar 1934-də qeydə alınıb.
Hidrologiyası
redaktəSinqapur təbii göl və çaylara malik olmasada su anbarlarına və su toplayıcı qurğular sisteminə malikdir. Bu tikililər əsasən şəhəri çirin su ehtiyatı ilə təmin etmək məqsədilə tikilmişdir. Məlumdur ki, ərazidə şirin su ehtiyatları yetərincə deyil. Şirin su ehtiyatının əsas mənbəyə yağış sularıdır. Ancaq ümumi yağıntıların miqdarından şirin suya olan təlabat iki dəfə çoxdur. O üzdən Sinqapur su ehtiyatını kənardan (Malaziya və İndoneziya) idxal edir. Suyun idxalını azaltmaq məqsədilə müasir dövrdə Sinqapurda böyük su toplayıcı və təmizləyici qurğular sistemi inşa edilmiş.
Sinqapurun böyük kanal-çayları:
|
|
Ölkənin diqqət çəkən ərazilərindən biridə Curonq şəlaləsidir. Bu şəlalə dünyada daima fəaliyyətdə olan ən hündür süni şələləsidir. Hündürlüyü 30 metrdir[5].
İstinadlar
redaktə- ↑ "Statistics Singapore". 2015-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- ↑ "Bukit Timah Nature Reserve". 2015-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ gün ərzində view / 248220/1 / Html Sinqapur yerli xəbərləri[ölü keçid]
- ↑ Mavis Toh, Feeling the heat lately? Here's the reason, 7 June 2009.
- ↑ "Waterfall Aviary". 2017-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.