Sisyan Nahiyesi - Wikipedia
Sisyan nahiyəsi — Azərbaycanda nahiyə.
Qədim şəhər | |
Sisyan nahiyəsi (mahalı) | |
---|---|
Sisəcan | |
| |
Ölkə | Azərbaycan |
Milli tərkibi | Azərbaycan türkləri |
Müasir yeri | Sisian |
Səfəvilər dövründə
redaktəSəfəvilər dövründə Sisəcan adlanan Sisəcan nahiyəsi şimal-qərbdən Bazarçayı nahiyəsi, şərqdən Qapanat hakimliyi, cənubdan Azadciran və Əlincə nahiyələri, qərbdən isə Dərəşahbuz nahiyəsi ilə həmsərhəd idi. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kvadratkilometr olmuşdur[1]
Osmanlı dövründə
redaktə1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 5 nahiyəsindən biri idi. Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrəə daxil edilmişdi. Nahiyənin ərazisi təqribi hesablamalara görə 1263 kvadratkilometr olmuşdur.[2]
Kəndləri:
- Sisican kəndi, Sisyan kimi tanınır ,
- Dulus (Sisyan)
- Köçəri (Sisyan)
- Ağcakənd Ağakəndi (İrəvan)
- Püsək kəndi
- Pirnağut kəndi
- Əngələyurd,
- Qarakilsə
- Ərəfsə
- Mülk,
- Pirnəbi,
- Zəbazadır
- Dulus
- Uz kəndi
- Köçəri kəndi
- Əskəmor kəndi
- Hortuyüz kəndi
- Korağakənd (başqa adı şeyx)
- Bələk (başqa adı Ümdəkilsə-?) kəndi
- Əlili və Ağabaş kəndləri
- Əskəmor kəndi
- Ağcakənd
- Tigin (başqa adı Məhərrəm) kəndi
- Əlili kəndi
- Şeyxli kəndi
- Hortuyüz, Zaviyyə, Kivas, Qubad (başqa adı Dəlilər) kəndləri
- Xınıs kəndi
- Betenus (başqa adı Ketenus) kəndi
- Şələk kəndi
- Qıvraq kəndi
- Dəstəyurd kəndi
- Kivas kəndi
- Əhlətiyan kəndi [3]
İkinci Osmanlı hakimiyəti dövründə
redaktəNaxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sayına görə Sisian Dərələyəzdən sonra Naxçıvan sancağının ikinci ən böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində mənbələrdə 41 kənd 1 yaylağın adı çəkilir.[4]
Qarabağ xanlığı dövrü
redaktə1752 - 1840 Qarabağ xanlığının tərkibinə Sisyan mahalı olaraq qatılmışdır. Sisyan nahiyəsinin 1752-ci ilə qədər Naxçıvanın tərkibində olduğu qeyd olunmuşdur.Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlara istinad etməklə Sisian nahiyəsinin 1752-ci ildən sonra Qarabağ xanlığına tabe edilməsi barədə məlumat vermişlər. Belə ki, bu barədə “Tarixi-safi”də yazılır: O (Qarabağ xanı- E.K.), Qaradağ hakimlərindən Mehri, Güney mahallarını, Bərgüşada kimi Naxçıvan hakimindən Tatef və Sisian mahallarını, Təbriz bəylərbəyisindən Uşacıq kəndinin yuxarısınadək, Tərtər çayı sahilində Kolanıların məskəni olan Göyçə sərhədinə kimi İrəvan hakimindən aldı. Vaxtilə Xudafərin körpüsündən Kürək çayına kimi ərazi Gəncə bəylərbəyilərinə tabe idi. İki-üç ilin müddətində, yəni 1755-1757-ci illərdə bu qeyd olunan yerləri onların əllərindən alıb öz ixtiyarlarına keçirdi”[5]
18-ci sənəddə bu barədə məlumata rast gəlirik. 12 avqust 1760-cı ilə aid olan sənəd belə adlanır: “Naxçıvandan Ərzuruma hicrət edən, səhabə Cabir bin Abdullah soyundan olan Şeyx Xəlil və Osman əfəndilərə Ərzurum gömrüyündən pul təsisi”.
Osmanlı dilində təqdim edilmiş sənədin mətni ilə tanışlıq göstərir ki, Peyğəmbər səhabəsi soyundan olan iki şəxs məhz “Naxçıvan qəzasına tabe Sisian karyəsində” yaşamışlar. Məhz bu fakt sübut edir ki, əsrin 60-cı illərində də Sisian ərazisi məhz Naxçıvan xanlığının tabeliyində olmuşdur.[6]
Xanlıq ləğv olunan dövrdə bu mahala daxil olan 9 kənddə cəmi 203 (87-i vergi ödəyən, 116-sı ödəməyən) ailə yaşayırdı. Mənbənin məlumatına görə, əvvəllər bu mahalda 2000 ailə yaşayırmış. Görünür, rus işğalından sonra və I rus-İran müharibəsi dövründə mahal sakinlərinin əksəriyyəti öz ev-eşiklərini tərk edib Azərbaycanm ayrı yerlərinə və digər ölkələrə köçüblər. Mahalın 8 azərbaycanlı kəndində 105 ailə, cəmi 2 xristian kəndində 93 ailə (bunlardan 2 ailə azərbaycanlı idi) yaşayırdı. Azərbaycan kəndlərinin sayına nisbətən sakinlərinin bir o qədər çox olmaması rus işğalçılarının zülmündən ən çox azərbaycanlıların qaçması ilə bağlı olmuşdu. Mahalın mərkəzi 37 azərbaycanlı ailənin yaşadığı Sisyan kəndi idi. Bunu da qeyd etmək lazımdır ki, xristian kəndlərində yaşayan əhalinin heç də hamısı xristian deyildi və burada 2 azərbaycanlı və 3 zülani kürd ailəsi də qeydə alınmışdı. Həm də xristianların bir hissəsi - 12 ailə Pimau kəndinə Bayaziddən köçüb gəlmişdi.[7]
Rus imperyası dövrü
redaktə1840 cı ildə Şuşa qəzası nın nahiyəsi (sahəsi) olmuşdur. Sisyan nahiyəsi Cavanşir, Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, həmçinin Zəngəzur və Qafan nahiyələri ilə həmsərhəddir. Sisyan nahiyəsində sərt sıldırım qayalı dağlar və sıx meşələr demək olar ki, (İrimis, Bəhrülü, Ərəfsə meşələrini çıxmaq şərtilə) yoxdur. Burada otlaq və əkinə yararlı sahələr üstünlük təşkil edir. Sisyan nahiyəsi də iki dairəyə (1-ci və 2-ci) bölünmüşdü
1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər.
1867-ci il dekabr tarixli fərmana əsasən, Sisyan nahiyəsi Zəngəzur qəzası nın nahiyəsi olmuşdur. 1930-cu il sentyabrın 9 Sisyan rayonu rayona çevrilmişdir.
- Məlik Tənqi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Elnur Kəlbizadə "Sisianın tarixi-coğrafiyası ilə bağlı bildiklərimiz və bilmədiklərimiz"
- ↑ [1]
- ↑ [2][ölü keçid]
- ↑ Naxçıvan sancağının müfəssəl dəftəri
- ↑ Mirzə Yusif Qarabağinin “Tarixi-safi”
- ↑ 2011-ci ildə İstanbulda nəşr edilmiş “Osmanlı Arxiv sənədlərində Naxçıvan”
- ↑ "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.