Standart - Wikipedia
Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
Ümumi məlumat
redaktəİnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır.
Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;
- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
- ölçmələrin dəqiqliyini və vəhdətini;
- bütün növ resursların qənaətini;
- təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;
- ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;
- istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Standart növləri
redaktəAşağıdakı standart növləri vardır.
- Beynəlxalq standartlar — dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
- Regional (hövzə) standartlar— texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
- Dövlətlərarası standartlar — iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
- Milli standartlar — ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.
Standartlar məzmun və təyinatlarından asılı olaraq aşağıdakı növlərə bölünürlər:
- Texniki şərtlərin standartları (ümumi texniki şərtlər).
- Parametrlərin (ölçülərin) standartları.
- Ümumi texniki tələblərin (texniki tələblərin) standartları.
- Tiplərin, əsas parametrlərin və ölçülərin standartları.
- Konstruksiyanın standartları.
- Markaların standartları.
- Çeşidlərin standartları.
- Qəbul qaydalarının standartları.
- Nəzarət (sınaq, analiz, ölçmələr) metodlarının standartları.
- Nişanlama, qablaşdırma, saxlanma və nəqletdirmə qaydalarının standartları.
- İstismar və təmir qaydaları.
- Tipli (əşya və avadanlıqlar seçilməsi, iqtisadi və texnoloji cəhətdən əlverişli) texnoloji proseslərin standartları.
- Ölçü cihazlarının yoxlama metodları və vasitələri üçün standartlar.
Konkret məhsula aid olmayan standartlara, o cümlədən ümumitexniki və təşkilatı-metodik standartlara dövlət standartlaşdırma sistemi növlər müəyyən etmir.
Ümumi normaların standartları: sinifləşdirmə və sənədləşdirmə sistemləri standartları; fiziki kəmiyyətlərin vahidlərin standartları; texniki təhlükəsizlik tələbləri standartları.
Ümumi texniki şərtlərin standartları eyni tipli məhsul qrupu üçün ümumi olan istismar xarakteristikalarını, qəbul qaydalarını, nəzarət metodlarını, nişanlama, qablaşdırma, daşınma və saxlanma qaydalarını, saxlanmasını və s. müəyyənləşdirir.
Texniki şərtlərin standartlarının digər standartlardan fərqi odur ki, onlar konkret məhsula (markaya, modelə və s.) hərtərəfli tələbləri təyin edir. Ümumi texniki tələblərin standartları eyni tipli məhsul qrupu üçün ümumi olan və onun optimal keyfiyyət səviyyəsini təmin edən norma və tələbləri müəyyənləşdirir. Texniki tələblərin standartları ümumi texniki tələblərin standartlarından fərqli olaraq konkret məhsul növlərinə tələblər qoyur. Parametrlərin (ölçülərin) standartları məmulatların əsas istehlak xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir. Bu xarakteristikaların bazasında məhsulun konkret tipləri və modelləri layihələndirir.
Tiplərin standartları məmulatların verilmiş növünün inkişaf perspektivini nəzərə almalıdır və ancaq hazırda buraxılan məmulatın deyil , həm də kütləvi istehsal üçün hazırlanmış məmulatların tiplərini və əsas parametrlərini özündə əks etdirməlidir.
Konstruksiyaların standartları konkret tip ölçülərinin və modellərin işlənib hazırlanması zamanı müəyyən qrup məmulatların unifikasiyasını ( məmulatların istismarı zamanı onların qarşılıqlı əvəzolunması) və qarşılıqlı əvəzolunmasını təmin etmək məqsədilə onların əsas parametrlərini müəyyənləşdirir. Markaların standartları xammalın markalarının nomenklaturasını, onların kimyəvi tərkibini, fiziki xassəsini, istehlak xassələrini və nəzarət metodlarını təyin edir.
Çeşidlərin standartları məhsulun həndəsi formalarını və ölçülərini təyin edir. Qəbul qaydalarının standartları müəyyən qrup və ya növ məhsulların qəbul zamanı keyfiyyət və kəmiyyətcə onlara qoyulmuş vahid tələbləri təmin etmək məqsədilə məhsulun qəbul qaydalarını müəyyən edir. Sınaq metodlarının standartları müəyyən məhsul qrupunun sınağı üçün nümunələrin götürülmə qaydalarını müəyyən edir.
Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydalarının standartları məhsulun əsas xarakteristikaları haqqında istehlakçıya informasiya vermək məqsədilə onun nişanlanmasına, qablaşdırılmasına, saxlanmasına və daşınmasına tələbləri müəyyən edir. Ölçü cihazlarının və ölçülərin yoxlama metodları və vasitələri üçün standartlar onların ən səmərəli yoxlama metodlarını təyin edir.
Standartlarının kateqoriyaları
redaktə“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16/IV-1996-cı ildə qəbul olunmuş və 8/X-1996-cı ildə Prezidentin fərmanı ilə qüvvəyə minmiş Qanuna əsasən Respublika standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər hazırlanır və tətbiq edilir:
- Azərbajcan Respublikasının dövlət standartları.
- Texniki-iqtisadi və sosial informasiya təsnifatları
- Sahə standartları (SST)
- Beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr (BDST)
- Texniki şərtlər (TŞ)
- Müəssisə standartları (MST)
- Elmi-texniki və digər ictimai birliklərin standartları(ETST).
Bu qanuna əsasən R .Standartlaşdırma sahəsində fəal göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır. Standartların göstərilən kateqoriyalara bölünməsi onların təsir dairəsindən asılı olaraq həyata keçirilir.
Dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur. Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların ( işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;
- məhsulların texniki , texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
- məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;
- məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğu;
- məhsulların təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;
- standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.
Dövlət standartlarında nəzərdə tutulan tələblər Respublikanın qanun vericiliyinə zidd olmamalıdır. Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a)qanunvericilik aktlarında nəzərdə tutularsa;
b)məhsulu istehsal edən (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişdirsə.
Standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədilə eyni istehlak təyinatlı müəyyən növ məhsul istehsal edən təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlanır və qəbul edilir.$ Hazırlanan sahə standartları və texniki şərtlər DST-larının məcburi tələblərinə uyğun olmalı və bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır.
Sahə standartlarının tətbiqi sahədaxili müəssisə və təşkilatlar tərəfindən məcburidir.Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hər müəssisə özü müstəqil olaraq müəssisə standartı hazırlayır və qəbul edir. Son vaxtlar müəssisə standartları geniş tətbiq olunur. Onlar məhsulun keyfiyyətinin kompleks idarə olunmasının əsasını təşkil edir. Bu standartlar müəssisənin fəaliyyətinin bütün sahələrini əhatə edir və dövlət standartlarının tələblərini hər bir işçinin yerinə yetirməyə , hər bir icraçıya çatdırmağa şərait yaradır.
Sahə standartları , texniki şərtlər, müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları təsdiq edildikdən sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi və onun informasiya təminatı məqsədilə standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış dövlət informasiya bankına göndərilməlidir.
Azərbaycan Respublikasının dövlət standartları
redaktəDövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tuturlar.
Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;
- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
- məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması,
daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu;
- məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;*əhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, məhsulların (işlərin, xidmətlərin) texniki sənədləşməsi qaydaları;
- standartlaşma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl edilməlidir.
Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a)qanunvericilik aktlarında nəzərdə tutularsa;
b)məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə.
Sahə standartları və texniki şərtlər
redaktəMüvafiq icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində təşkilati-hüquqi forma və mülkiyyət formasından asılı olmayaraq eyni istehlak və funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlana və qəbul edilə bilər. Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır.
Müəssisə standartları
redaktəDövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilər.Bu standart dövlət standartının məcburi tələblərinə uyğun olmalıdır.
Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları
redaktəMüxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai birliklər öz standartlarını qəbul edə bilərlər.Bu standart dövlət standartının məcburi tələblərinə uyğun olmalıdır.