Standart Cince - Wikipedia
Standart Cince - Wikipedia - Haqqında Məlumat
Standard Çin dili, Putonqhua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir.
Standard Çin dili,
- Çində putonqhua (Pǔtōnghuà, 普通話, "Ümumi ləhcə");
- Quoyu (Guóyǔ, 國語, "Milli dil") olaraq Tayvanda;
- Malayziya və Sinqapurda Biuojun Huayu (Biǔozhǔn Huáyǔ, 標準 華語, "Standart Çin dili") olaraq bilinir.
Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var.
- I ton, düz ton:(ˉ)
- II ton, artan ton: (ˊ)
- III ton, dalğalı ton: (ˇ)
- IV ton, enən ton: (ˋ)
Nümunə, ma hecasında:
Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Müntəzəm istifadə olunan qəliblər
redaktəAzərbaycanca | Mandarin | Mandarin (Pinyin) |
---|---|---|
Salam! | 你好! | Nǐhǎo! |
Adınız nədir? | 你叫什么名字? | Nǐ jiào shén me míng zi? |
Mənim adım …. | 我叫 …. | Wǒ jiào …. |
Necəsiniz? | 你好吗? | Nǐ hǎo ma? |
Mən yaxşıyam, bəs siz? | 我很好,你呢? | Wǒ hěn hǎo , nǐ ne ? |
Təşəkkürlər. | 谢谢。 | Xiè xiè 。 |
Rica edirəm. | 欢迎您!/ 不用谢! | Huān yínɡ nín ! / bú yònɡ xiè ! |
Bəli | 是的。 | Shì de 。 |
Xeyir | 不。 | Bù 。 |
Nə zaman? | 什么时候? | Shén me shí hou ? |
Nə qədər? (miqdar, pul) | 多少钱? | Duō shǎo qián ? |
Nə qədər? (uzunluq) | 多长? | Duō chánɡ ? |
Asta danışa bilərsiniz? | 您可不可以讲慢一点? | Nín kěbùkěyǐ jiǎng màn yī diǎn ? |
Sabahınız xeyir! | 早上好! | Zǎo shàng hǎo ! |
Xudahafiz! | 再见! | Zài jiàn ! |
Çin dilini səlis danışmağı bacarmıram. | 我讲中文讲的不流利。 | Wǒ jiǎng zhōng wén jiǎng de bù liúlì。 |