Stanislav Rostotski - Wikipedia
Stanislav İosifoviç Rostotski (rus. Станислав Иосифович Ростоцкий; 21 aprel 1922[1][2], Rıbinsk, Rıbinsk quberniyası[d], Sovet Rusiyası[d][1] – 10 avqust 2001[2], Vıborq, Leninqrad vilayəti) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. SSRİ xalq artisti (1974). SSRİ dövlət mükafatı laureatı (1970, 1975). 1951-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü[3][4].
Stanislav Rostotski | |
---|---|
rus. Станислав Иосифович Ростоцкий | |
Doğum adı | Stanislav İosifoviç Rostotski |
Doğum tarixi | |
Doğum yeri | Rıbinsk, Rıbinsk quberniyası, RSFSR |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Vıborq, Leninqrad vilayəti, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Həyat yoldaşı | |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0745498 |
Həyatı
redaktəStanislav Rostotski 1922-ci ildə Rıbinsk şəhərində anadan olmuşdur. 1952-ci ildən kino fəaliyyətinə rejissor kimi başlamışdır. Əhvalat Penkovda baş vermişdir (1958), Bazar ertəsinədək yaşayıb görərik (1968), Şəfəqlər burada sakitdir (1972), Qaraqulaq ağ Bim (1977) və s. filmlər çəkmişdir. Onun bir çox filmləri ümumdünya kinofestivallarında mükafatlar qazanmışdır. 1974-cü ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Stanislav Rostotski 2001-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində vəfat etmişdir.
Mükafatlar və fəxri adları
redaktə- RSFSR əməkdar incəsənət xadimi (12 iyun 1964);
- RSFSR xalq artisti (29 sentyabr 1969);
- SSRİ xalq artisti (1974);
- Lenin mükafatı — Qaraqulaq ağ Bim (1977) filminə görə;
- SSRİ dövlət mükafatı (1970) — Bazar ertəsinədək yaşayıb görərik (1968) filminə görə;
- SSRİ dövlət mükafatı (1975) — Şəfəqlər burada sakitdir (1972) filminə görə;
- Lenin komsomolu mükafatı (1974) — Şəfəqlər burada sakitdir (1972) filminə görə;
- Lenin ordeni (20 aprel 1982) — sovet kino sənətinin inkişafında xidmətlərinə görə ad günü münasibətilə;
- "Oktyabr inqilabı" ordeni;
- "Qırmızı əmək bayrağı" ordeni;
- Vətən Müharibəsi Ordeni;
- "Qırmızı Ulduz" ordeni;
Filmoqrafiya
redaktəİl | Filmin adı | Şəkil | Filmin orijinal adı | Fəaliyyəti |
---|---|---|---|---|
1952 | Yollar-yolağalar | rus. Пути-дороги | Rejissor | |
1953 | Sirli tapıntı | rus. Таинственная находка | İkinci rejissor | |
1955 | Torpaq və insanlar | rus. Земля и люди | Rejissor | |
1957 | Əhvalat Penkovda baş vermişdir | rus. Дело было в Пенькове | Rejissor, ssenari müəllifi | |
1959 | May ulduzları | rus. Майские звёзды | Rejissor | |
1962 | Yeddi küləkdə | rus. На семи ветрах | Rejissor, ssenari müəllifi | |
1963 | Qış etüdləri | rus. Зимние этюды | Rejissor | |
1966 | Zəmanəmizin qəhrəmanı | rus. Герой нашего времени | Rejissor, ssenarist | |
1968 | Bazar ertəsinədək yaşayıb görərik | rus. Доживём до понедельника | Rejissor | |
1971 | On beşinci bahar | rus. Пятнадцатая весна | Rejissor | |
1972 | Şəfəqlər burada sakitdir | rus. А зори здесь тихие | Rejissor | |
1977 | Qaraqulaq ağ Bim | rus. Белый Бим Чёрное ухо | Rejissor, ssenarist | |
1979 | Kinoaktyor peşəsi | rus. Профессия — киноактёр | Rejissor | |
1980 | Uçan qusarlar eskadronu | rus. Эскадрон гусар летучих | Rejissor | |
1985 | Daşlarda da ağaclar bitir | rus. И на камнях растут деревья | Rejissor | |
1989 | Fyodor Kuzkinin həyatından | rus. Из жизни Фёдора Кузькина | Rejissor | |
1998 | Bıçaq üstə | rus. На ножах | Aktyor |
İstinadlar
redaktə- ↑ 1 2 Ростоцкий Станислав Иосифович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France Stanislav Rostotsky // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 185.
- ↑ "Ростоцкий Станислав Иосифович — Биографии — Фильмографии". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-06.