Sultan Ehmed Mescidi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultan Əhməd Camisi — 1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir.
Sultan Əhməd məscidi | |
---|---|
türk. Sultan Ahmet camii | |
41°00′19″ şm. e. 28°58′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Eminönü[1] |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Sədəfkar Mehmed Ağa |
Sifarişçi | I Əhməd |
Tikilmə tarixi | 1609-1616 |
Üslubu | Osmanlı memarlığı |
Hündürlüyü | 64 m |
Uzunluğu | 82 m (269 ft) |
Eni | 65 m (213 ft) |
Minarələri | 6 (hündürlüyü: 64 m (210 ft)) |
Günbəzləri | 1 (hündüryülü: 43 m (141 ft), daxili diametri: 23.50 m (77.1 ft)) |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Areas of Istanbul | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,ii,iv |
Təyin edilib | 1985 |
İstinad nöm. | 356 |
Dövlət | Türkiyə |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır.
Xüsusiyyətləri
redaktəMəscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Caminin içi 200'dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları Diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk camisidir.
Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır:[2]
- Osmanlı sultanı I Əhməd
- Osmanlı sultanı II Osman
- Osmanlı sultanı IV Murad
- Validə Mahpeykər Kösəm Sultan
- Sultan Əhmədin qızı Ayşə Sultan
- Sultan Əhmədin qızı Fatma Sultan
- Sultan Əhmədin qızı Gövhər Sultan
- Sultan Əhmədin qızı Zahidə Sultan
- Sultan Əhmədin qızı Əsma Sultan
- Sultan Əhmədin qızı Zeynəb Sultan
- Sultan Əhmədin qızı Cəmrə Sultan
- Sultan Əhmədin qızı Abidə Sultan
- Sultan Əhmədin oğlu Şahzadə Səlim (d. 27 iyun 1611 — ö. 27 iyul 1611)
- Sultan Əhmədin oğlu Şahzadə Bəyazid
- Sultan Əhmədin oğlu Şahzadə Mahmud
- Sultan Əhmədin oğlu Şahzadə Orxan (d. 1609 — ö. 1612)
- Sultan Əhmədin oğlu Şahzadə Mehmed
- Sultan Əhmədin oğlu Şahzadə Həsən (d. 25 noyabr 1612 — ö. 1615)
- Sultan Osmanın qızı Zeynəb Sultan (d. noyabr 1622 — ö. 1623)
- Sultan Osmanın oğlu Şahzadə Mustafa (d. noyabr 1622 — ö. 1623)
- Sultan Muradın oğlu Şahzadə Əhməd
- Sultan Muradın oğlu Şahzadə Əbdülhəmid
- Sultan Muradın oğlu Şahzadə Səlim
- Sultan Muradın oğlu Şahzadə Orxan
- Sultan Muradın oğlu Şahzadə Numan
- Sultan Muradın oğlu Şahzadə Mahmud
- Sultan Muradın oğlu Şahzadə Həsən
- Sultan Muradın oğlu Şahzadə Osman
- Sultan Muradın qızı Ruqiyə Sultan
- Sultan Muradın qızı Fatma Sultan
- Sultan Muradın qızı Safiyə Sultan
- Sultan İbrahimin oğlu Şahzadə Mehmed
- Sultan İbrahimin oğlu Şahzadə Əhməd
- Sultan İbrahimin oğlu Şahzadə Süleyman
- Sultan İbrahimin qızı Safiyə Sultan
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ Alev Öner, "Sultan Ahmet I. Türbesi" Arxivləşdirilib 2023-07-22 at the Wayback Machine, TTOK Belleteni, LXV/344 (1979), s. 24–29.
Xarici keçidlər
redaktə Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |